80 illik qadağa tarixin arxivində
29.04.2026 [09:30]
Yaponiya silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır
Dünyanın sürətlə dəyişən reallıqları fonunda ölkələr və regionlar üçün qarşıya çıxan əsas çağırışlardan biri də adekvat təhlükəsizlik sisteminin qurulması ilə bağlıdır. İzlənilən proseslərdən o qənaət hasil olur ki, dünya bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq. Buna görə də geosiyasi münasibətlərin sürətlə transformasiyası fonunda dövlətlərin özlərinin təhlükəsizlik arxitekturalarını yenidən dizayn etmələri, onun forma və məzmununu fərqli şərtlərlə tənzimləmələri bir zərurət qismində çıxış edir.
Gündoğar ölkə siyasətini dəyişir
Özünün təhlükəsizlik arxitekturasında müəyyən korrektələr etməyə qərar verən dövlətlər sırasında gündoğar ölkə - Yaponiya da var. Tokio 80 illik qadağanı tarixin arxivinə göndərir. Söhbət Yaponiya hökumətinin ölümcül silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldıraraq Müdafiə Avadanlıqlarının Transferi üzrə Üç Prinsip sənədinə dəyişiklikləri təsdiqləməsindən gedir. Verilən məlumatlara görə, silah ixracına qoyulan qadağanın aradan qaldırılması Yaponiyanın hazırkı qlobal transformasiyalara adekvat hazırlanan təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. “Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip” adlanan sənədin yenidən nəzərdən keçirilməsinə dair qərarı Nazirlər Kabinetinin katibi Minoru Kihara açıqlayıb.
Öz növbəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi “X” platformasındakı paylaşımında bildirib: “Hazırda heç bir ölkə sülhü və öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz və müdafiə avadanlıqlarında bir-birini dəstəkləyən tərəfdaş ölkələrə ehtiyac var”.
Takaiçi hökuməti tərəfindən təsdiqlənən düzəliş hərbi ixracatın əksər hissəsini xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və minatəmizləmə avadanlıqları ilə məhdudlaşdıran beş ixrac kateqoriyasını aradan qaldırır. Bunun əvəzinə, nazirlər və rəsmilər təklif olunan hər bir razılaşmanın mümkünlüyünü qiymətləndirəcəklər. Yaponiya özünün üç ixrac prinsipini qoruyub saxlayacaq ki, bu da onun ciddi yoxlamalar, malların üçüncü ölkələrə ötürülməsinə nəzarət və münaqişələrdə iştirak edən tərəflərə silah satışına qadağa qoymaq öhdəliklərinə uyğundur.
Bütün izahlar öz yerində. Ancaq rəsmi Tokionun silah ixracına məhdudiyyətləri aradan qaldırmağa qərar verməsinin ölkənin hərbi sənayesini gücləndirmək üçün daha çox həcmdə maliyyə cəlb etmək istəyindən və ehtiyacından qaynaqlandığı da ortadadır. Daha dəqiq ifadə etsək, hazırda bu amil Tokio üçün bir vazkeçilməz şərt qismində çıxış edir. Sirr deyil ki, Yaponiya yüksək texnologiyaları istehsalata, o cümlədən də hərbi sənayeyə uğurla tətbiq edən ölkələr sırasında yer alır. Ölkənin əqli və mühəndislik potensialı bu sahədə daha yüksək hədəflərə çatmağa imkan verir. Lakin bundan ötrü böyük həcmlərdə maliyyənin təmin edilməsinə ehtiyac var. Daxili ehtiyacın qarşılanmasına yönələn istehsalla bunu təmin etmək mümkünsüzdür. Yaponiyada uzun müddət silah ixracına qoyulan məhdudiyyətlər hərbi istehsalın kiçik həcmdə qalmasına səbəb olub. Bu isə xərclərin artmasına və gəlirliliyin azalmasına gətirib çıxarıb, nəticədə bir sıra şirkətlər müdafiə sənayesindən çəkilib. Dünya bazarında isə müasir, qabaqcıl silahlara tələbat getdikcə artır. Beləliklə, Yaponiya silah ixracına məhdudiyyətləri aradan qaldırmaqla ölkəyə daha çox maliyyə cəlb etməyi, son nəticədə isə hərbi sənayesinin imkanlarını daha da genişləndirməyi hədəfləyir. Qeyd edək ki, son illərdə Yaponiya müdafiə xərclərini davamlı olaraq artıraraq ÜDM-in 2 faizinə çatdırıb və Takaiçi hökumətinin bu il yeni təhlükəsizlik strategiyasında daha çox artımın olacağı gözlənilir. Artıq Yaponiya parlamenti 2026-cı maliyyə ili üçün büdcəni təsdiqləyib və müdafiə xərcləri ilk dəfə 9 trilyon yen (təxminən 56,7 milyard dollar) həddini keçib.
Hərbi məhsulların ixrac siyahısında hansı ölkələrin adları yer alır?
Verilən məlumatlara görə, ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilk növbədə indiyədək Tokio ilə razılaşdırılmış şərtlər altında silah alqı-satqısına dair müqavilələr imzalamış tərəfdaş ölkələrə şamil ediləcək. Yaponiyanın hazırda 17 ölkə ilə belə müqavilələri var. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tayland, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş bu siyahıda yer alan ölkələrdir.
Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib. Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür. Tokio, həmçinin Böyük Britaniya və İtaliya ilə birgə 2030-cu illərin ortalarında istifadəyə verilməsi planlaşdırılan yeni nəsil qırıcı təyyarə hazırlayır. Bu, inkişaf xərclərini bölüşmək və yeni texnologiyalara çıxış əldə etmək strategiyasının bir hissəsidir. Əvvəllər silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarının Tokionun Ukraynaya da silah tədarükü üçün qapı açacağını mümkün edir.
Cəmiyyət silah ixracına “yox” deyir
Yaponiya atom bombası dəhşətini yaşayan ölkədir. 6 avqust 1945-ci ildə atom bombası bu ölkənin Xirosima, həmin tarixdən üç gün sonra isə Naqasaki şəhərlərinə atılıb. Onilliklər boyunca bu faciələrin ağır fəsadlarını yaşayan Yaponiya cəmiyyətində “pasifist kimlik” (sakit, barış kimliyi) formalaşıb. Bu anlayış özündə müharibələrə nifrət hissini ehtiva edir.
Təbii ki, “pasifist kimlik” əhval-ruhiyyəsi ilə böyüyən nəsil silah ixracına qoyulan qadağaların tarixin arxivinə göndərilməsini qəbul etmir və hökumətin qərarına “yox deyir. Bu günlərdə Yaponiyada minlərlə insan parlament binası ətrafında genişmiqyaslı etiraz aksiyası keçirib. China Media Group tərəfindən yayılan məlumata görə, etirazlar Yaponiya hökumətinin silah ixracına qoyulan məhdudiyyətləri yumşaltmaq, konstitusiyaya dəyişiklik etmək və müdafiə büdcəsini artırmaq planlarına qarşı təşkil olunub.
Xirosima doğumlu 56 yaşlı Cuniçi Kikuta deyib: “Sülhün əhəmiyyətini öyrənərək böyümüşəm. Atom bombasının yaratdığı dağıntı bu gün də hələ aktuallığını qoruyur”.
Kikuta bununla qərara qarşı olduğunu bildirib. O, vurğulayıb ki, Yaponiya nüvə silahına məruz qalan yeganə ölkə kimi silahlardan uzaq durmaq və müharibə əleyhinə çıxmaq mövqeyini qoruyub saxlamalıdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52

