Gizli danışıqlar...
29.04.2026 [09:17]
İran ilə ABŞ arasında təmas davam edir?
ABŞ-İran danışıqlarının ikinci raundu baş tutmadı - birinci mərhələdə baş verən anlaşılmazlıqlar, ortaq mövqenin tapılmaması və güzəştlərin “səsləndirilməməsi” müzakirələrin davamlılığına imkan vermədi. Qeyd edək ki, bir neçə gün öncə, ABŞ prezidenti Donald Tramp İranla danışıqlar aparmaq üçün nümayəndə heyətləri göndərməyəcəyini açıqlamışdı. “Əgər onlar danışmaq istəsələr, bizə gələ və ya zəng edə bilərlər”, - deyə Tramp Fox News-a verdiyi müsahibədə bildirmişdi: “Əgər onlar danışmaq istəsələr, biz də danışa bilərik. Amma biz insanları görüşmək üçün 18 saatlıq səfərə göndərməyəcəyik”.
Vurğulayaq ki, Tramp İslamabadda ABŞ-İran danışıqlarını təşkil edən Pakistana böyük hörmətini bildirmişdi və qeyd emişdi ki, Pakistan tərəfi prosesdə iştirak etməyə davam edəcək. Amerika lideri İranın nüvə silahına sahib ola bilməyəcəyini bir daha təkrarlamışdı: “Ona görə də istəsələr, bizə zəng edə bilərlər. Amma yenə də, onlar razılaşmanın nə olduğunu bilirlər. Bu çox sadədir: onlar nüvə silahına sahib ola bilməzlər. Əks halda, görüşmək üçün heç bir səbəb yoxdur”.
Yeri gəlmişkən, İran ABŞ-a münaqişənin tənzimlənməsi ilə bağlı yeni təklif irəli sürmüşdü - Tehranın arzusu Hörmüz boğazının açılması qarşılığında uranın zənginləşdirilməsi məsələsinin danışıqlar predmeti olaraq 3-cü mərhələyə keçirilməsidir.
Pərdəarxası görüşlər...
Bu arada məlumatlı mənbələrə istinadən CNN ABŞ-İran danışıqlarında gözlənilməz dönüş barədə məlumat yayıb. Məlumata görə, tərəflər hazırkı silahlı münaqişədən əvvəl mövcud olan vəziyyətə qayıtmaq imkanlarını fəal şəkildə müzakirə edirlər. Bu ideya hazırda diplomatik səylərlə potensial razılaşma üçün əsas yaradıb. Bildirilir ki, vasitəçilər mərhələli həll planını təşviq edirlər. İlk və ən vacib addım qlobal neft və qaz tədarükünün təxminən 20 faizinin keçdiyi kritik bir arteriya olan Hörmüz boğazından sərbəst naviqasiyanın bərpası olmasıdır. Yalnız bu məsələdə status-kvonun bərpasından sonra tərəflər daha mürəkkəb bir məsələyə - İranın nüvə proqramına keçməyi planlaşdırırlar.
Nümayəndə heyətləri arasında rəsmi danışıqların ikinci mərhələsi hələ baş tutmasa da, CNN mənbələri iki gücün real mövqelərinin yaxınlaşdığını bildirib. Bu, diplomatlar arasında ehtiyatlı nikbinlik yaradır. Telekanalın məlumatına görə, qarşıdakı günlər diplomatik həll üçün həlledici ola bilər. Hər iki ölkə ən azı çərçivə sazişi imzalamaq üçün ciddi xarici təzyiq altındadır. Adları açıqlanmayan vasitəçilər boğazın açılmasının texniki aspektləri ilə bağlı mövqelərini birləşdirmək üçün fəal şəkildə çalışırlar.
Buna baxmayaraq, ilkin mərhələ uğurlu olsa belə, ən çətin məsələ - İranın nüvə proqramı həll olunmamış qalır. Tehran uranı zənginləşdirmək hüququnda israr edir, Vaşinqton isə hərbi nüvə imkanlarının tamamilə ləğvini tələb edir. Lakin analitiklər qeyd edirlər ki, tərəflər boğazda status-kvo ilə bağlı razılığa gələ bilsələr, bu, daha mürəkkəb məsələlər üzrə gələcək dialoq üçün presedent yaradacaq. Mümkün ikinci danışıqlar mərhələsinin təfərrüatları hələ açıqlanmayıb.
Nüvə məsələsi prioritetdir...
Açıqlanan məlumat politoloqlar tərəfindən birmənalı qarşılanmır. Çünki bəzi media orqanları ABŞ prezidenti Donald Trampın Tehranın müharibəyə son qoymaq üçün son təklifindən son dərəcə narazı olduğu fikrində qətidir. Bir çox mənbələrin açıqlamalarına görə, hazırkı ABŞ administrasiyasının mövqeyi dəyişməz olaraq qalır: istənilən diplomatik irəliləyiş uranın zənginləşdirilməsinə ciddi nəzarət və məhdudiyyətləri əhatə etməlidir.
Aprelin 27-də Ağ Evin mətbuat katibi Kerolin Levitt Donald Trampın yüksək vəzifəli təhlükəsizlik müşavirləri ilə hazırda müvəqqəti atəşkəs altında olan hərbi münaqişənin həlli üçün yeni İran təklifini müzakirə etdiyini təsdiqləyib. Axios-un məlumatına görə, Tehran özü hələ yeni planın mövcudluğunu təsdiqləməyib. Nəşr ABŞ administrasiyasının rəsmisi də daxil olmaqla üç mənbəyə istinad edib. Nəşr İranın münaqişəyə son qoymaq üçün irəli sürdüyü təklifin Vaşinqton tərəfindən qəbul edilməsinin sual altında olduğunu deyir.
Rubio: İran regionda dominantlıq axtarır
Bu arada, ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi günü Fox News-a bildirib ki, nüvə məsələsi mövcud gərginliyin həllində əsas rol oynayır. Rubio Tehranın nüvə proqramı ilə bağlı müzakirələri təxirə salmağa çalışdığı barədə xəbərlərə münasibət bildirib. “Bu vəziyyətdə olmağımızın səbəbi ilk növbədə nüvə məsələsidir”, - Rubio vurğulayıb.
Marko Rubio həmçinin bildirib ki, İranda radikal rəhbərliyin mövcudluğu artıq narahatlıq doğurur, lakin daha geniş problem İran hakimiyyətinin təsirini ölkə hüdudlarından kənara genişləndirmək istəyidir. Rubio Tehranın bu məqsədlərinin nüvə silahları ilə birləşdirilməsinin potensial nəticələrinə işarə edib. Dövlət katibi vurğulayıb ki, “Onlar sadəcə İranda dominantlıq axtarmırlar; onlar regionda dominantlıq axtarırlar”.
Əraqçinin Moskva səfəri - güc nümayişi, yoxsa “təhdid?
Qeyd edək ki, İslamabad görüşünün təxirə salınmasının ardından İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər etmişdi. Əraqçı sosial şəbəkələrdə Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi zamanı Moskvaya “dəstəyi və həmrəyliyi” üçün minnətdarlığını bildirib. Əraqçi X platformasında yazıb: “Regionda əhəmiyyətli dəyişikliklər baş verdiyi üçün Rusiya ilə ən yüksək səviyyədə əlaqə qurmaq imkanına sahib olduğum üçün məmnunam. O, əlavə edib ki, son hadisələr İran və Rusiya arasında “strateji tərəfdaşlığın dərinliyini və gücünü təsdiqləyib”. Əraqçi paylaşımına Rusiya Prezidenti Vladimir Putin və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun şəkillərini əlavə edib.
Siyasi şərhçilər Əraqçinin bu addımını ABŞ-a mesaj kimi dəyərləndiririrlər. Bildirilir ki, İran NATO-nun Yaxın Şərqdəki müharibəyə müdaxilə qarşılığında onun da müttəfiqlərinin olduğunu sətiraltı şəkildə qeyd edir. Təsadüfi deyil ki, “Politiko” nəşhri Rusiya ilə NATO arasında mümkünq qarşıdurma ilə bağlı yazı paylaşıb. Yazıda, iki tərəifn mümkün toqquşması zamanı oratya çıxacaq mümkün nəticələr təhlil olunub.
Vens narazıdır - Pentaqon yalan danışır?
“The Atlantic” isə ABŞ prezident adminstrasiyasının İranla bağlı qapalı görüş keçirdiyini yazıb. Görüşdə ABŞ-ın vitse-prezidenti C.D.Vens Müdafiə Nazirliyinin İrana qarşı müharibəni düzgün təhlil etməməsini, Pentaqonun Amerikanın silah arsenalının tükənməsi ilə bağlı dəqiq məlumat verməməsini tənqid edib. Yaxın Şərq müharibəsinin başlandığı iki ay ərzində fərqli məlumatlar yayılıb. Nəşrə mənbələrin verdiyi məlumata görə, Vens Pentaqonun müharibə haqqında məlumatlarının dəqiqliyini şübhə altına aldığını söyləyib. O, həmçinin ABŞ prezidenti Donald Trampla müzakirələr zamanı müəyyən raket sistemlərinin mövcudluğu ilə bağlı narahatlıqlarını ifadə edib. Görüşdə Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn açıq şəkildə Amerika silah ehtiyatlarının kifayət qədər böyük olduğunu bildiriblər və səkkiz həftəlik döyüşdən sonra İran qüvvələrinə dəyən ziyanı fəlakətli adlandırıblar.
Nəşr yazır ki, Vensin öz açıqlamasında Pentaqon rəhbərinin “əla iş gördüyünü” bildirib və Heqsetin Trampla birlikdə ordunun ən yüksək səviyyələrində “müharibə ruhu”nun təmin edilməsi kontekstində fəaliyyətini misal gətirib.
Kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbələrə görə, Pentaqon liderlərinin müsbət açıqlamaları natamam bir mənzərədir - onların fikrincə, İran Hərbi Hava Qüvvələrinin üçdə ikisini, raket buraxıcılarının əsas hissəsini və Hörmüz boğazında mina yerləşdirə və gəmiçiliyə mane ola bilən kiçik sürət gəmilərinin əksəriyyətini saxlayır. Rəsmilər və xarici məsləhətçilər bildiriblər ki, “Tomahawk” raketləri kimi tutucu və hücum silahları da daxil olmaqla əsas silahların istifadəsi ciddi çatışmazlıqlara yol açıb. Vens Tramp və digər milli təhlükəsizlik rəsmiləri ilə görüşlərində sursat çatışmazlığı ilə bağlı narahatlığını əvvəllər də bildirib. Strateji Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, ötən iki ayda ABŞ-ın müharibədən əvvəlki dörd əsas sursat ehtiyatının yarısından çoxunu “xərclədiyi” ehtamalı çox güclüdür.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

