Azərbaycan-Ukrayna əlaqələri sülhə və əməkdaşlığa söykənir
28.04.2026 [12:09]
Son illərdə dövlətlərarası münasibətlərdə müəyyən gərginliklər yaranıb. Bu gərginliklər bəzən siyasi qarşıdurmalara səbəb olur, müharibələrlə nəticələnir. Ötən əsrin sonlarında ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılıq imzalansa da, Ermənistan atəşkəsə əməl etmir, ərazilərimizə hərbi təcavüzü davam etdirirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu və Azərbaycan Ordusu hücumun qarşısını qətiyyətlə aldı. Bu təxribatdan sonra Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsi, mahiyyəti baxımından Vətən savaşı idi. 44 günlük müharibədə Bakını siyasi baxımdan dəstəkləyən dövlətlərdən biri də Ukrayna oldu. Azərbaycan müharibədə tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etdi. Nəticədə ölkəmizin dinamik inkişafı daha uğurla davam etdirilməyə başlandı. Dünya dövlətlərinin Azərbaycana yüksək siyasi etimadı daha da möhkəmləndi, qarşılıqlı münasibətlərin daha böyük formatda inkişafında əhəmiyyətli oldu.
Hazırda müharibə aparan dövlətlər də Azərbaycanın siyasi nüfuzundan, ölkəmizin sülhyaratma missiyasından bəhrələnməyə maraqlıdırlar.
Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Ukrayna dövlət başçılarının son görüşlərinin beynəlxalq təşkilatların toplantılarında olduğunu, Ukraynaya səfərlərinin tarixini, mahiyyətini xatırladaraq görüşlərdə müzakirə edilən məsələlərdən də söz açdı. Dövlətimizin başçısı 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələlərinin öz əksini tapdığını da xatırlatdı. Bu xatırlatmalar əlaqələrin etibarlığının daha da möhkəmləndirilməsi zərurətinə yönəldilmiş xatırlatmalar kimi qəbul edildi. Prezident İlham Əliyev mətbuata bəyanatında dedi ki, “...bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi; - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”.
Dövlətlərarası münasibətlər siyasi münasibətlərlə məhdudlaşmır. Bu baxımdan ikitərəfli münasibətlər həm də sosial həyatın bütün sahələrini, bu sıradan iqtisadi münasibətləri də əhatə edir. Dünya iqtisadiyyatı belə münasibətlərlə tənzimlənir. Azərbaycan ən etibarlı tərəfdaş kimi bu münasibətlər sistemində böyük etibara və etmada malikdir. Dünyanın əksər dövlətləri ilə səmimi siyasi münasibətləri olan Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gücü onun iqtisadi inkişafı şərtləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ukrayna dövlət başçısı Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında iqtisadi əlaqələrin ticarət dövriyyəsi ilə bağlılığına da toxunaraq dedi: “...ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var; - Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.
Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı etimadın, inamın ifadəsi olan rəsmi səfərlərin əhəmiyyəti haqqında da fikirlərini bildirdi. Bu fikirlər təkcə bir görüşü, bir səfəri deyil, ümumən görüşləri, səfərləri şərtləndirən siyasi düşüncələrdir. Dövlət başçımız mətbuata bəyanatında dedi: “...son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26

