Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avrostat: İtaliya və Fransanın dövlət borcu 3 trilyon avronu keçib

Avrostat: İtaliya və Fransanın dövlət borcu 3 trilyon avronu keçib

23.04.2026 [14:59]

İtaliya Avropa İttifaqında (Aİ) Fransadan sonra 3 trilyon avrodan çox dövlət borcu olan ikinci ölkədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Avrostat) məlumatında bildirilir. Məlumata görə, İtaliyanın dövlət borcu 2025-ci ildə 100 milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada bu rəqəm 3,5 trilyon avronu keçib. Almaniyanın borcu 2025-ci ildə təxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.

Bütün Aİ ölkələri üzrə dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildəki 80,7%-dən 2025-ci ildə 81,7%-ə yüksəlib. İtaliyada bu rəqəm 137,1% təşkil edib ki, bu da yalnız Yunanıstanda (146,1%) daha yüksəkdir. Sonrakı yerləri Fransa (115,5%), Belçika (107,9%) və İspaniya (100,7%) tutur

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30