“Aprel döyüşləri – Zəfər yolu” adlı tədbir keçirilib
03.04.2026 [18:58]
YAP Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 2016-cı ilin 2-5 aprel tarixlərində müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri – Zəfər yolu” adlı tədbir keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, şəhid ailələri və qazilər, ziyalılar, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək, bildirib ki, Aprel döyüşlərinin tarixi ədalətin, zəfərin başlanğıcı oldu: “Aprel qələbəsi xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdi”.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən danışaraq, qeyd edib ki, Zəfər döyüşlərinin qığılcımları olan və dörd gün davam edən Aprel döyüşləri qırx dörd gün ərzində Şuşaya bayraq sancılması ilə başa çatdı, onun ardınca antiterror əməliyyatları Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi ilə yekunlaşdı. Bu, qəhrəmanlıq irsidir və Aprel döyüşlərində şücaət göstərənlərin yetişdirdiyi əsgərlər, həmin döyüşlərdə iştirak edənlərin, zabit və əsgərlərin hərbçi yoldaşları onların qisasını aldı.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycan xalqının əldə etdiyi böyük qələbənin əsasının məhz Aprel döyüşləri ilə qoyulduğunu xüsusi ilə qeyd edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük hünər və rəşadət nəticəsində hərb tarixinə yazılan böyük Qələbə, həmin günlərdə nümayiş olunan xalq-dövlət-ordu birliyi, uzun illərin işğalından sonra geri qaytarılan torpaqlar məhz on il əvvəl başlanılan hərbi əməliyyatların qanunauyğun nəticəsi idi.
Aprel döyüşlərinin qazisi Bəxtiyar Feyruzi, Gəncə Dövlət Universitetinin müəllimləri Eldar Mehdiyev, Üzeyir Balakişiyev, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov və Gəncə Dövlət Universitetinin tələbəsi Sücayət İsmayılova çıxış edərək, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.
Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı “Qarabağ Azərbaycandır” adlı ədəbi-bədii kompazisiya ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

