Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dron hücumuna məruz qalan İvano-Frankovsk şəhərində ölənlər var

Dron hücumuna məruz qalan İvano-Frankovsk şəhərində ölənlər var

25.03.2026 [10:53]

Martın 24-də Ukraynanın İvano-Frankovsk şəhəri də dron hücumuna məruz qalıb. İki doğum evinə ziyan dəyib, ölənlər var.

AZƏRTAC xəbər verir ki, bu barədə İvano-Frankovsk meri Ruslan Martsinkiv “Teleqram”da məlumat verib.

Merin sözlərinə görə, hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında altı yaşlı uşaq da var.

Hava hücumu zamanı şəhər və regional doğum evlərinin binaları, eləcə də təxminən 10 yaşayış binası zədələnib.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31