Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İordaniya indiyədək 240 raket və PUA ilə hədəf alınıb

İordaniya indiyədək 240 raket və PUA ilə hədəf alınıb

21.03.2026 [22:40]

İordaniyanın hava hücumundan müdafiə sistemləri Yaxın Şərqdə hərbi əməliyyatların üçüncü həftəsində ölkəni hədəf alan İrana məxsus 35 raketi və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bir raket hücumu hədəfə dəyib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu məlumat İordaniya Silahlı Qüvvələrinin bəyanatında yer alır.

Qeyd olunur ki, müharibə başlanandan indiyədək ölkə, ümumilikdə, 240 raket və PUA ilə hədəf alınıb. Onlardan 222 raket və PUA səmada zərərsizləşdirilib. Hücumlar nəticəsində, ümumilikdə, 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31