Professor: Yeni əməkhaqqı sistemi şəffaflıq və səmərəliliyin təminatçısıdır
20.03.2026 [19:43]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2026-cı il tarixli “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanından irəli gələn yeni yanaşma dövlət idarəçiliyində həyata keçirilən institusional islahatların məntiqi davamıdır. Bu yanaşma irəliyə doğru atılan böyük bir addımdır və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslərdə əməkhaqqı sisteminin daha müasir, balanslı, sabit və səmərəli modelinin formalaşdırılmasına xidmət edir. Belə ki, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə aylıq vəzifə maaşlarının yuxarı həddinin müvafiq analoji dövlət qulluğu vəzifələri üçün müəyyən edilmiş baza vəzifə maaşının 90 faizi səviyyəsində müəyyən edilməsi publik hüquqi şəxslərdə çalışan əməkdaşların nüfuzunun artırılması deməkdir”.
Bu fikirləri Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib.
Onun sözlərinə görə, yeni əməkhaqqı modelinin əsas üstünlüklərindən biri sözügedən qurumlarda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü müstəviyə çıxarılmasıdır: “Bu həm idarəetmə baxımından, həm də bu istiqamətdə çalışanların əməyinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələrin vəzifə maaşının tərkibinə daxil edilməsi əmək haqqının vahid sistemini formalaşdıracaqdır. Beləliklə, əməkhaqqı sistemində daha aydın və sabit bir struktur yaranacaqdır. Eyni zamanda, bu model bir sıra hallarda müşahidə olunan maaş disproporsiyalarının aradan qaldırılmasına da şərait yaradacaqdır. Nəticədə bərabər imkanlar prinsipi daha dolğun şəkildə təmin olunmaqla, həmin strukturlarda əməkhaqqının daha stabil və proqnozlaşdırılan xarakter almasına gətirib çıxaracaqdır”.
İbad Abbasov qeyd edib ki, yeni əməkhaqqı modelinə keçid bu sahədə rəqabətqabiliyyətli əməkhaqqı sisteminin formalaşmasına da mühüm töhfə verəcəkdir: “Müasir əmək bazarında özəl sektorun əməkhaqqı və sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etdiyi bir şəraitdə dövlət qulluğuna bərabər tutulan publik hüquqi şəxslərin əmək haqqı sisteminin rəqabətqabiliyyətinin artırılması xüsusi önəm daşıyır. Həmçinin, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsinin müxtəlif əlavələr hesabına formalaşması səbəbindən gənc mütəxəssislərin bu qurumlara meylinin nisbətən zəif olduğu halda, yeni model artıq peşəkar mütəxəssislərlə yanaşı gənc, istedadlı və perspektivli kadrların bu sahəyə cəlb olunmasını daha çox stimullaşdıracaqdır”.
İ.Abbasov bildirib ki, bütün bunlar dövlət tərəfindən yaradılan publik hüquqi şəxslərdə çalışanların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaratmaqla həmin sahədə xidmət edən mütəxəssislərin məsuliyyətini daha da artıracaqdır. O vurğulayıb ki, yeni əməkhaqqı sistemi bu sahədə mövcud neqativ halların qismən və ya bütövlükdə aradan qaldırılmasına xidmət edəcəkdir.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

