Qlobal geosiyasətdə paradiqma dəyişikliyi...
19.03.2026 [08:12]
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etdi ki, təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Bu, çağdaş beynəlxalq münasibətlər sistemində mövcud reallığın konseptual ifadəsi olmaqla bərabər, qlobal geosiyasi transformasiyanın və paradiqma dəyişikliyinin baş verdiyini göstərir.
Köhnə-yeni prioritetlər: enerji, ərzaq, kiber və logistika təhlükəsizliyi
II Dünya müharibəsindən sonra formalaşan dünya düzənində əsas strateji prioritetlər bu cür idi: bərpa, inteqrasiya və inkişaf. Hər üç anlayış daha çox iqtisadi məzmun kəsb edirdi. Lakin müasir dövrdə beynəlxalq sistem artıq klassik liberal nizamın prinsipləri ilə deyil, daha çox təhlükəsizlik yönümlü realist yanaşmalarla xarakterizə olunur. Bu isə dövlətlərin davranış modelləri, prioritetləri və strateji qərarlarında köklü dəyişikliklərə səbəb olur.
XXI əsrin üçüncü onilliyində baş verənlər, xüsusilə də Yaxın Şərq və Şərqi Avropada şiddətli hərbi eskalasiya sabitlik, təhlükəsizlik və müdafiə anlayışlarını yenidən ön plana çıxarıb. Artıq “Təhlükəsizlik olmadan davamlı inkişafı təmin etmək mümkün deyil” tezisi daha aktualdır.
Təhlükəsizlik anlayışı klassik hərbi-siyasi çərçivədən çıxaraq çoxölçülü xarakter alıb. Hazırda “qlobal təhlükəsizlik” məfhumu öz yerini milli və regional sabitlik kateqoriyalarına verib ki, burada enerji, ərzaq, kiber və logistika təhlükəsizliyi dominantdır.
Transformasiya - “yumşaq güc”dən “sərt güc”ə...
Yeni dünya nizamına keçid prosesində baş verən digər paradiqma dəyişikliyi “yumşaq güc”dən (“soft power”) növbəti dəfə “sərt güc”ə (“hard power”) transformasiyadır. Geostrateji mərkəzlər arasında rəqabətin kəskinləşməsi, yeni risk və təhdidlərin meydana çıxması ilə kollektiv təhlükəsizlik anlayışının arxa plana keçdiyi indiki şəraitdə dövlətlər öz milli təhlükəsizlik strategiyalarına yenidən baxmaqla müdafiə potensialının genişləndirilməsini priotetə çevirməkdədirlər.
Azərbaycan nümunəsi: sabitlik siyasi fenomen kimi...
Hazırda daxili sabitlik dövlət müstəqilliyi və suverenlik anlayışları ilə eyni siyasi dəyərə malikdir. Cənubi Qafqazda təhlükəsizlik adasına çevrilən Azərbaycanın sabitlik modeli yeni siyasi fenomendir. Paralel olaraq ölkəmizin konstruktiv siyasəti, çoxkombinasiyalı diplomatik - strateji gedişləri, etimad quruculuğuna hədəflənmiş sülh diplomatiyası sayəsində bölgədə yeni təhlükəsizlik mühiti formalaşır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Azərbaycan geosiyasi mənzərəni ədavətdən ədalətə (hərbi-strateji qarşıdurmadan ədalətli sülhə) doğru dəyişməklə bir regionun timsalında qlobal sabitlik modeli yaradıb.
Nurlan QƏLƏNDƏRLİ,
Yeni Azərbaycan Partiyası
Mərkəzi Aparatının İnformasiya
texnologiyaları və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

