Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Samux rayon təşkilatında “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib

YAP Samux rayon təşkilatında “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib

18.03.2026 [17:43]

Martın 18-də  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında  partiya fəallarının  və ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə “Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıq” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa  prezident İlham Əliyevin 12 mart 2026-cı ildə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı ilə əlaqədar  təşkil edilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin,  ölkəmizin  ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  İlham Əliyevin XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, dövlət başçısının çıxışı müasir beynəlxalq münasibətlər sistemində yaranmış mürəkkəb geosiyasi vəziyyətin təhlili, həmçinin dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

G.Bayramov qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik strategiyası bu gün də uğurla davam etdirilir və Azərbaycan regionda sabitlik, inkişaf və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas aktorlardan birinə çevrilib. Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi reallıqlar Azərbaycanın təşəbbüsləri və uğurlu siyasəti nəticəsində mümkün olub.

Daha sonra dəyirmi masada iştirak edən  Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Ramin Bayramov və partiya fəalları Elnaz Cəfərova, Tural Qurbanov, Toğrul Coqiyev çıxış edərək  Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizin qlobal platformalarda fəal iştirak etdiyini və regional əməkdaşlıq layihələrinin həyata keçirilməsində aparıcı rol oynadığını diqqətə çatdırıblar.  Natiqlər eyni zamanda qeyd ediblər ki, ölkəmizin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar regionda davamlı sülh və inkişaf üçün möhkəm zəmin yaradır.

Sonda tədbir iştirakçıları belə dəyirmi masaların keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlət başçısının müəyyən etdiyi strateji kursun dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31