Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

18.03.2026 [16:22]

Ramazan və Novruz bayramları ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, metropolitenin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.

“28 May-Əhmədli” və əks istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.

“Martın 20-dən 31-nə qədər “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyənləşdirilib. İntervallar “Avtovağzal-8 Noyabr” və əks istiqamətdə 7 dəqiqə, “Avtovağzal-Xocəsən” və əks mənzildə 14 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da bazar gününün qrafiki ilə tənzimlənəcək”, - deyə qurumun yaydığı məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 248 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31