Ali Məhkəmə: Əlillərə pensiya ömürlük təyin edilməlidir
18.03.2026 [23:08]
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib.
Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunmalı olduğu qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələb olunmur.
Məhkəmə kollegiyası qərarında “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır.
Məhkəmə kollegiyası, həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.
Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. “İnzibati icraat haqqında” Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz.
Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

