/ / Ümumdünya Ərzaq Proqramı: Yaxın Şərq müharibəsi təqribən 45 milyon insan üçün aclıq riski yaradır
Ümumdünya Ərzaq Proqramı: Yaxın Şərq müharibəsi təqribən 45 milyon insan üçün aclıq riski yaradır
18.03.2026 [17:49]
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) çərşənbə axşamı xəbərdarlıq edib ki, Yaxın Şərq müharibəsi COVID-dən bəri həyat qurtaran humanitar işlərdə ən böyük pozuntuya səbəb ola bilər.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin ofisi tərəfindən verilən acılamada deyilir: “Yaxın Şərq münaqişəsinin sona çatması ilə bağlı Təhlükəsizlik Şurasının bütün qətnamələri, o cümlədən İranın qonşu dövlətlərə hücumlarına son qoyulmasını tələb edən 2817 saylı qətnamə yerinə yetirilməlidir”.
ÜƏP-in icraçı direktorunun müavini Karl Skau Cenevrədə jurnalistlərə bildirib: “Münaqişə qlobal humanitar əməliyyatlara da ciddi mənfi təsirlər göstərib; biz bunun ağrısını həqiqətən hiss edirik. Təchizat zəncirlərimiz həqiqətən də 2022-ci ildə COVID və Ukrayna müharibəsindən bəri ən ciddi pozuntunun astanasında ola bilər”.
O əlavə edib ki, Yaxın Şərqdə artan zorakılıq davam etdikcə, yardım əməliyyatları daha uzun çatdırılma müddətindən və xərclərin artmasından əziyyət çəkir. Bu, İsrail və ABŞ-nin İranı bombalaması, Tehran və müttəfiq qrupların cavab hücumları ilə əlaqədardır. Davam edən hərbi əməliyyatlar, cümlədən İranın Körfəz dövlətlərinə qarşı əks-hücumları və İsrailin Livandakı Hizbullah hədəflərinə hücumları fonunda ÜƏP-in çatdırılma xərcləri 18 faiz artıb və hər gün yollarda minlərlə yük maşını var. “Bu nəqliyyat vasitələri indi neft qiymətləri səbəbindən daha bahalı yanacaqla işləyir”, -deyə Skau vurğulayıb.
ÜƏP bildirib ki, digər əsas narahatlıq Saharaaltı Afrikanın əkin mövsümünə qədəm qoyduğu bir vaxtda qlobal gübrə bazarlarının pozulması ilə bağlıdır. Dünya gübrə tədarükünün dörddəbiri Hörmüz boğazından keçir və hazırda faktiki olaraq dayanıb. Qlobal ərzaq və yanacaq qiymətlərinin kəskin artması milyonlarla ailəni, xüsusən də idxaldan asılı ölkələrdə, məsələn, Saharaaltı Afrika və Asiyadakı insanları əsas qidalardan məhrum edə bilər.
BMT-nin yardım rəsmisi İmran Rza Cenevrədə jurnalistlərə bildirib ki, hava nəqliyyatının pozulmasının humanitar təsirləri münaqişənin mərkəzlərindən biri olan Livanda kəskin şəkildə hiss olunmaqda davam edir. O qeyd edib: “2024-cü ildəki İsrail-Livan münaqişəsi zamanı biz Körfəz dövlətlərindən - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Küveyt və Bəhreyndən inanılmaz miqdarda yardım alırdıq. İndi bunların heç biri baş vermir. Hava körpüsü artıq yoxdur”.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

