Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
16.03.2026 [11:34]
Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilib. Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Bu barədə AZƏRTAC-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilib. Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə səbəb olan əməllər qismində bir sıra hallar göstərilib.
Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.
Bundan başqa, çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.
“Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar. Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır”, - deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

