Beynəlxalq əməkdaşlığın möhkəmlənməsi
16.03.2026 [20:31]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda növbəti- XIII Qlobal Bakı Forumu işə başlayıb. Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda müxtəlif mövzularda panellər təşkil olunur. Panel iclaslarda müzakirə edilən mövzulara diqqət yetirdikdə belə Azərbaycanın iqtisadi və xarici siyasət uğurlarının fonunda onların həlli yolları açıqlanır. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında diqqəti bir qlobal forumdan digərinə keçərkən fəaliyyət sahəsinin getdikcə genişləndiyinə yönəldərək təmasların son dərəcə fəal olduğunu bildirdi. Prezident cənab İlham Əliyev bildirdi ki, "Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir." Prezident İlham Əliyev bu çağırışı səsləndirdi ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Çıxışlarda səsləndirilən fikirlər, panel iclaslarda müzakirə olunan məsələlər beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfində olaraq bunu real addımları ilə təsdiqləməsi ev sahibliyi etdiyi bu kimi tədbirlərin davamlılığına böyük inam yaradır.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

