Tərtərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2026 [10:24]
YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatının birgə təşkilatçılığı ilə “Tərtər İstirahət Mərkəzi”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bayramın müqəddəs Ramazan ayına təsadüf etməsi münasibətilə tədbir iftar süfrəsi ətrafında təşkil olunub.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ilk növbədə şəhid analarını və bütün tərtərli qadınları bayram münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb. O, bu ilin 8 Mart bayramının müqəddəs Ramazan ayı ilə üst-üstə düşməsinin tədbirə xüsusi mənəvi dərinlik qatdığını vurğulayıb və tutulan orucların Allah tərəfindən qəbul olunmasını diləyib.
Çıxışda qadının müqəddəslik, zəriflik və fədakarlıq rəmzi olduğu xüsusi qeyd edilib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi uca fikirləri xatırladan rayon rəhbəri, Tərtər qadınlarının həmişə zəhmətsevərliyi və vətən sevgisi ilə seçildiyini ifadə edib. Vətən müharibəsi illərində rayon qadınlarının nümayiş etdirdiyi yüksək mənəviyyat, möhkəm iradə, habelə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsindəki misilsiz rolu xüsusi minnətdarlıqla qiymətləndirilib. Müstəqim Məmmədov qadınların rayonun ictimai-siyasi və iş dünyasındakı uğurlu fəaliyyətindən qürurla söhbət açıb. O həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində qadınların sosial rifahının yüksəldilməsi və idarəetmədə iştirakının genişləndirilməsi daim diqqət mərkəzindədir.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Tədbir iştirakçıları şəhid ailələrinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid anaları və şəhid həyat yoldaşlarına hədiyyələr, rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara isə Fəxri Fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

