Sözün və sazın zirvəsi...
07.03.2026 [10:35]
Dədə Ələsgər aşıq sənətimizin zəngin irsidir!
Aşıq sənəti xalqımızın ruhudur, sözün və musiqinin sintezi, xalqın qanı ilə yoğrulmuş irsimizdir. Bu irsin ən parlaq adı Aşıq Ələsgərdir. O, yalnız söz ustası deyil, həm də tariximizin canlı aynasıdır deyə bilərik.
Onun yaradıcılığının poetik yükü və miqyası Azərbaycan ədəbi tənqidinin formalaşmağa başladığı ilk vaxtlardan diqqəti çəkib. Doğulub yaşadığı Göyçə mahalında, Qarabağ, Zəngəzur, Qarakilsədə, həmçinin İran və Dağıstana qədər uzanan geniş arealda məşhurlaşmışdı. Aşıq və el şairləri arasında unikal şeirləri ilə seçilirdi. Söhbət aşıq sənətimizin ən populyar nümayəndələrindən olan Aşıq Ələsgərdən gedir.
Bu gün Dədə Ələsgər kimi də xatırlanan aşığın vəfatından 100 il ötür. A.Ələsgər kiçik yaşlarından xüsusi təhsil ala bilməmişdi. Saz sənətinin bir çox sirrini kənd camaatının içində, el sənətkarlarının, ağsaqqalların yanında öyrənmişdi. İlk şeirlərini də yeniyetməlik çağlarında aşıqların təsiri ilə söyləmişdi. Atası Ələsgərin saza, şeirə bağlılığını gördükdən sonra onu Aşıq Alının yanına aparır. Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini, el şənlikləri, toy məclislərini müstəqil idarə etməyi öyrədir. Beləliklə, Ələsgər aşıq kimi çox tez tanınır. Bir gün Göyçənin Qızılbulaq kəndində, Böyük Ağanın evində qurulan məclisdə Aşıq Alı və gənc şagirdi deyişirlər. Sonralar bu məclis barədə dastanlar deyildi. Kimi Aşıq Alının öz şagirdini daha da şöhrətləndirmək, el içində ucaltmaq qəsdilə ona məğlub olduğunu, bəziləri isə gənc aşığın söz döyüşündə ustadını yendiyini söylədi. Qaydaya görə, deyişmədə məğlub olan öz sazını qalibə təslim etməlidir və Aşıq Alı da sazını Aşıq Ələsgərə uzatdı.
Gənc aşıq böyük bir sınağa çəkilmişdi. Aşıq Alı kimi ustada üstün gəlmək, sazını əlindən almaq dastanlara sığmayan hünər olardı. Ancaq o gün Aşıq Ələsgər yalnız aşıqlıq sənətində deyil, mərifət elmində də kamil olduğunu göstərdi. Ustadının qarşısında baş əyib ehtiramla dedi:
“Bir şəyir ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar”.
Aşıq Ələsgər yaradıcılığında Göyçənin toponimləri, tarixi qaynaqları və adət-ənənələri çox sərrast həkk olunub. Aşıq özünü yaradıcılığında tez-tez təqdim edir, bu isə onun Vətəni - doğulub boya-başa çatdığı Göyçəsinə məhəbbətindən, kökünə olan hörmət-izzətindən irəli gəlir:
“İstəsən ki, Ələsgəri görəsən,
Göyçə mahalıdı mahalım mənim!”
Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır. O, eyni zamanda, əməksevərliyi ilə nümunə olub. Lap qoca yaşlarında belə əkin əkər, yer şumlayar, taxıl və ot biçininə gedər, xırman işləri görərmiş. Onun əlindən dülgərlik, dəyirman sazlamaq, ev tikmək işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınıb.
1915-ci ildə aşığın həyatında kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi. Aşıq 1926-cı il martın 7-də 104 yaşında doğulduğu kənddə vəfat edib və Ağkilsə qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il fevralın 18-də “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
A.Ələsgər obrazında xalqın folkloru, etnoqrafiyası, məişəti, sazı, sözü, inamı, inancı, tarixi keçmişi, yaradıcı potensialı cəmlənib. Haqqında nə qədər yazılmasına, araşdırmalar aparılmasına, tədqiqatlar ortaya qoyulmasına baxmayaraq, bundan sonrakı mərhələdə də A.Ələsgər təkrar-təkrar, yeni baxışlar, yeni istiqamətlər işığında öyrənilməli, yaradıcılığı və şəxsiyyəti haqqında araşdırmalar davam etdirilməlidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36

