Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tovuzda rayon sakininə məxsus kafe yanıb

Tovuzda rayon sakininə məxsus kafe yanıb

16.02.2026 [13:27]

Tovuzda yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakininə məxsus, sahəsi 150 m²-ə yaxın olan kafedə anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülsə də kafe əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28