Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

Ukraynanın ticarət kəsiri ötən il 44 milyard dolları ötüb

14.02.2026 [23:19]

2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyard dolları ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1 milyard dollar təşkil edib. Bu dövrdə ölkəyə 84,8 milyard dollar dəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkil edib.

2025-ci ilin yanvar-dekabr aylarında Ukraynaya ən çox məhsul ixrac edən üç ölkə Çin (19,2 milyard dollar), Polşa (7,9 milyard dollar) və Almaniya (6,6 milyard dollar) olub.

Hesabat dövründə Ukrayna mallarının əsas alıcıları isə Polşa (5 milyard dollar), Türkiyə (2,7 milyard dollar) və Almaniya (2,4 milyard dollar) olub.

Qeyd edək ki, Ukraynanın 2024-cü il üzrə ticarət kəsiri 29,1 milyard dollar təşkil etmişdi.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28