/ / Samuxda “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib
Samuxda “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib
13.02.2026 [16:24]
13 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatının Qovlarsarı ərazi partiya təşkilatında “Qlobal güc və etibarlı əməkdaşlıq modeli” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, müasir dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin nəticəsidir. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrilib, eyni zamanda qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi tanınıb.
G.Bayramov çıxışında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri zamanı mətbuata verdikləri birgə bəyanatın əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Görüş çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması siyasi, iqtisadi, enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə mühüm zəmin yaradır.
Vurğulanıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlərin tərəfdarı olub. Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, ölkəmiz qlobal güclərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelini dəstəkləyir. Bu yanaşma Azərbaycanın müstəqil siyasət kursunun və milli maraqlara söykənən diplomatiyasının bariz nümunəsidir.
Daha sonra çıxış edən partiya üzvləri İlqar Alıyev, Ramilə Aslanova, bildiriblər ki, hər iki ölkə arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Xartiya” ölkəmizin beynəlxalq nüfuzunun artmasının, regionda artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha bir təsdiqidir.
Qeyd edilib ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe məhz Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Bildirilib ki, Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

