Beynəlxalq əməkdaşlığın uğurlu modeli
13.02.2026 [11:06]
Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq anlayışı dövlətlərarası münasibətlərin ən yüksək və etibarlı formalarından biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşür. Cənab Prezident İlham Əliyev və ABŞ-ın Vitse - prezidenti Ceyms Devid Vens arasında keçirilən görüş və əldə olunan razılaşmalar iki ölkə arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dərinləşdiyini göstərir.
Azərbaycan uzun illərdir ki, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursu yürüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm regionda sabitliyin təminatçısı, həm də qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi öz mövqeyini möhkəmləndirib. ABŞ ilə münasibətlərin strateji çərçivəyə salınması isə bu siyasətin məntiqi davamıdır. Ölkə başçımızın mətbuata bəyanatla çıxışında səsləndirdiyi bu fikirlər Xartiyanın ərsəyə gəlməsinin əhəmiyyətini dəqiqliklə vurğulayır:
–“Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.” Strateji Tərəfdaşlıq Xartiyası yalnız siyasi sənəd deyil, eyni zamanda iqtisadi, enerji, təhlükəsizlik, humanitar və demokratik institutların inkişafı sahəsində əməkdaşlığın genişlənməsini nəzərdə tutan çoxşaxəli platformadır.
Bu sənəd ilk növbədə qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır. Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin ABŞ tərəfindən dəstəklənməsi regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və alternativ enerji marşrutlarının inkişafı ABŞ üçün də strateji əhəmiyyət kəsb edir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq da Xartiyanın əsas istiqamətlərindəndir. Terrorizmə qarşı mübarizə, kiber təhlükəsizlik, müdafiə sahəsində təcrübə mübadiləsi və regional sabitliyin qorunması kimi məsələlər iki dövlət arasında koordinasiyanı daha da gücləndirir. Azərbaycan sülhməramlı missiyalarda fəal iştirakı ilə beynəlxalq təhlükəsizliyə real tövhə verən ölkə kimi tanınır. ABŞ - nin Vitse - prezidentinin bəyanatla çıxışındakı səsləndirdiyi real fakt – “Bəlkə də bir çoxları bunu bilmir, lakin Əfqanıstandan çıxan ən son ölkələrdən biri də Azərbaycandır” – bu missiyanın əyani sübutudur.
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə daşımaqla yanaşı, regionda güc balansının formalaşmasına da təsir göstərir. Cənab Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. ABŞ - in Vitse - prezidenti Ceyms Devid Vens ilə aparılan dialoq isə onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq perspektivləri geniş, etibarlı və uzunmüddətlidir.
Bu Xartiya iki dövlət arasında münasibətlərin strateji xarakter aldığını təsdiqləyir. Qarşılıqlı maraqlara, hörmətə və etimada əsaslanan bu tərəfdaşlıq həm Azərbaycan, həm də ABŞ üçün yeni imkanlar açır və beynəlxalq əməkdaşlığın uğurlu modeli kimi qiymətləndirilir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31

