Qərbi azərbaycanlıların qayıdışına dəstək verilməlidir!
13.02.2026 [10:53]
Qərbi Azərbaycan İcması Avropa Şurası və Avropa Parlamentinə çağırış edib
Hazırda Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli mühit yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra tərəflər arasında etimadın formalaşması üçün addımlar atılır. Hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, ticarət əlaqələrinə başlanılması, Zəngəzur dəhlizi ilə bağlı müsbət atmosfer pozitiv məqamlardan xəbər verir. Yəni, tərəflər onilliklər boyu davam edən münaqişənin başa çatmasından sonra sülh şəraitində yaşamağı öyrənirlər.
Avropa Şurasının növbəti qərəzi...
Lakin müəyyən xarici dairələr regionumuzda sülhün təmin olunmasına maraqlı deyil. Bu səbəbdən də, Azərbaycanla Ermənistan arasında yenidən gərginlik yaratmağa xidmət edən mövqe sərgiləyirlər. Bu dairələrdən biri də Avropa Şurasıdır. Belə ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb. Halbuki bu məsələ çoxdan bitib. Hətta bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağ ermənilərinin qayıtmasının gündəlikdə olmadığını, onların qayıtmasının yenidən tərəflər arasında problemlər yaradacağını bəyan etmişdi. Paşinyan həmin ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyasının vacibliyini söyləyib. Belə olan halda, Avropa Şurasının Qarabağ ermənilərinin qayıtmasında marağı nədir? Cavab aydındır: Bu qurumun Azərbaycana qarşı qərəzi bütün dünyaya məlumdur. Torpaqlarımız işğal altında olanda təcavüzkar Ermənistana qarşı heç bir addım atmayan bu təşkilat ölkəmizi “insan hüquqları və demokratiya” bəhanəsi ilə hədəfə alırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası gerçək simasını aşkara çıxardı. Azərbaycan nümayəndə heyəti ilə bağlı AŞPA-nın çıxardığı qərar da qərəzin və ədalətsizliyin gerçək nümunəsi oldu.
Təəssüf ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin timsalında bu qərəz hələ də davam etməkdədir. Yeri gəlmişkən, məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda qeyd olunub: “Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar bizim Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı mövqeyini ifadə etməyiblər”. İcma Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırıb.
Qayıdış həmin insanların mənəvi haqqıdır
Əlbəttə, Qərbi Azərbaycan İcması bu mövqeyində tamamilə haqlıdır. Nəzərə alaq ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.
Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, müharibənin qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.
Avropa Parlamenti ikiüzlü siyasət aparır
Görünən odur ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Avropa Şurası, o cümlədən Avropa Parlamenti kimi qurumların marağında deyil. Bu qurumlar erməni diasporunun və lobbisinin alətlərindən başqa bir şey deyil. Sanki Avropa Şurası Azərbaycana qarşı qərəzli münasibətdə Avropa Parlamenti ilə yarışa girib. Bugünlərdə Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanat verib. Qərbi Azərbaycan İcması bu bəyanata da münasibət bildirib. İcma həmin bəyanatı Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirib. Qeyd olunub ki, ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil: “Bu günlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş “miatsum” ideologiyasının daşıyıcıları və icraçılarıdır. Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir”.
Bir sözlə, Avropa Şuarsı ilə Avropa Parlamenti ikili standartlara son qoymalıdır. Onların mövqeyindən asılı olmayaraq, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bir neçə gün öncə ABŞ-ın vitse-prezidenti Vensə də müraciətin edilməsi qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28

