Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
09.02.2026 [20:22]
Dövlət başçısı İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və mükafatın Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.
Prezident İlham Əliyevin yüksək dövlət mükafatına layiq görülməsi ölkəmizin son illərdə həyata keçirdiyi məqsədyönlü və çoxvektorlu xarici siyasətin məntiqi davamı və uğuru kimi qiymətləndirilməlidir. Bu hadisə təkcə ikitərəfli münasibətlərin dərinliyini deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlılığının artdığını açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi bu mövqe artıq qlobal ictimaiyyət tərəfindən real və konstruktiv sülh gündəliyi kimi qəbul olunur. Məhz bu səbəbdəndir ki, Azərbaycanın təşəbbüsləri təkcə region dövlətləri deyil, Yaxın Şərq və digər strateji bölgələrin aparıcı ölkələri tərəfindən də müsbət qarşılanır. BƏƏ ilə yüksəksəviyyəli siyasi dialoq da Azərbaycanın sülhə yönəlik siyasətinə beynəlxalq etimadın bariz nümunəsidir.
Prezident İlham Əliyev çıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olan hər bir mühüm addım dünənimizə və bugünümüzə baxış keçirməyi bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığı ilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündə işğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğu imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalq arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Azərbaycan daim böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Azərbaycan regional inkişafın aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün region dövlətlərinin inkişaf perspektivlərini özündə ehtiva edir. Bu isə regional sülh və əməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən təkmil modeldir. Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinin təqdimatında mühüm rol oynayır və Azərbaycanın sülh quruculuğu prosesinin dünya üçün nümunəvi model olduğunun təsdiqidir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31

