Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fevralın 10-da və 11-də hava qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Fevralın 10-da və 11-də hava qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

09.02.2026 [16:09]

Fevralın 10-da və 11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Paylaş:
Baxılıb: 292 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30