Ağdamda Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
02.02.2026 [22:17]
02 fevral 2026-cı il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ağdam rayonu üzrə Gənclər və İdman sektorunun nümayəndələri, qazilər və rayonun gənc fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsindən, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilməsindən, 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmalarından bəhs etmişlər. Tədbirin rəsmi hissəsinin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc YAP Ağdam rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilmiş, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunmuşdur. Ağdam Musiqi Kollecində davam edən tədbirin bədii hissəsində “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

