Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şəmkir 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirildi

Şəmkir 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirildi

02.02.2026 [20:21]

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən 2 Fevral Gənclər Günü münasibətilə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbində tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Süleyman Zeynallı, Aynur Abdullayeva, Şəmkir Təhsil Sektorunun ndirektoru Elşən Ələsgərov, idarə, müəssisə və təşkilatların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən və YAP-ın gənclərə verdiyi önəmdən danışıb.

Rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını heç vaxt əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

F.Vəliyev qeyd etdi ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir: “Ümummilli lider hər zaman vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Gəncləri 2 fevral Gənclər Günü münasibətilə təbrik edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışının sonunda qeyd etdi ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır.

Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Süleyman Zeynallı çıxışında bildirdi ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu. Ümummilli Lider xüsu vurğuladı ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edib, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, antiterror əməliyyatlarında, cəmiyyətin həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışdılar.

Tədbir çərçivəsində rayonun gənc müəllimləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olundu, partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən gənc fəallara isə fəxri fərmanlar və hədiyyələr təqdim verilib.

Sonda tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 261 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30