Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qızıla qlobal tələbat rekord həddə çatıb

Qızıla qlobal tələbat rekord həddə çatıb

31.10.2025 [22:51]

Bu ilin üçüncü rübündə qızıla qlobal tələbat illik müqayisədə 3 faiz artaraq rekord həddə - 1313 tona çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir. Qeyd olunur ki, son vaxtlar bütün dünya üzrə mərkəzi banklar qızıl ehtiyatlarını mümkün qədər artırmağa çalışırlar.

Üçüncü rübdə ən böyük qızıl alıcıları siyahısına Qazaxıstan (18 ton), Braziliya (15 ton) və Türkiyə (7 ton) daxildir. Türkiyə mətbuatının məlumatına görə, son əməliyyatlardan sonra ölkənin əsas maliyyə tənzimləyicisinin ümumi qızıl ehtiyatları 641 tona çatıb.

Bu kontekstdə ekspertlər iqtisadi qeyri-müəyyənlik və geosiyasi risklər fonunda mərkəzi bankların qızıla marağının artdığını qeyd edirlər. Türkiyəyə gəlincə, valyuta dəyişkənliyindən qorunmaq üçün qızıl strateji alət və milli maliyyə müstəqilliyini gücləndirmək vasitəsi olaraq qalır.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31