Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: “SpaceX” şirkəti “Qızıl qübbə” layihəsi üçün 2 milyard dollar alacaq

Media: “SpaceX” şirkəti “Qızıl qübbə” layihəsi üçün 2 milyard dollar alacaq

31.10.2025 [20:58]

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti ABŞ Prezidenti Donald Trampın “Qızıl qübbə” layihəsi çərçivəsində raket və təyyarələri izləyə bilən peyklərin hazırlanması üçün 2 milyard dollar alacaq.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi hələ ki “Qızıl qübbə” layihəsi ilə bağlı heç bir müqavilə imzalamasa da, onun maliyyələşdirilməsi Donald Trampın iyul ayında imzaladığı vergi və xərclər haqqında qanun layihəsinə daxil edilib. Qəzetin həmsöhbətləri layihəyə 600-dək peykin cəlb oluna biləcəyini deyiblər.

Bu arada həm “SpaceX”, həm də Pentaqon şirkətin layihədə iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, yanvarın 28-də Donald Tramp “Qızıl qübbə” layihəsi ilə bağlı sərəncam imzalayıb. “Financial Times” nəşrinin məlumatına əsasən, layihə nüvə silahlarını məhv etmək üçün kosmosda lazerlərlə təchiz olunmuş peyklərin yerləşdirilməsini nəzərdə tutur. Mütəxəssislərin fikrincə, “Qızıl qübbə” əsasən hipersəs raketləri ilə bağlı təhlükəni aradan qaldırmalıdır.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31