Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əbu-Dabidə keçiriləcək “ADIPEC 2025” enerji forumunda 45 ölkədən nazirlər iştirak edəcəklər

Əbu-Dabidə keçiriləcək “ADIPEC 2025” enerji forumunda 45 ölkədən nazirlər iştirak edəcəklər

31.10.2025 [23:18]

Noyabrın 3-də Əbu-Dabidə işə başlayacaq “ADIPEC 2025” forumu enerji ekosistemində qlobal liderlərin ən böyük toplantısına ev sahibliyi edəcək. AZƏRTAC rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, tədbirdə 45-dən çox nazir və 250-dən çox rəhbər heyəti bir araya gələcək. Bu toplantıda dünyanın daha çox enerjiyə olan ehtiyacını ödəmək üçün tərəqqini təmin edən dayanıqlı sistemlər qurmaq və onları miqyaslandırmaq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

ADNOC tərəfindən təşkil edilən “ADIPEC 2025” forumu “Enerji. Kəşfiyyat. Təsir” mövzusunda keçiriləcək və enerji, texnologiya, maliyyə və digər sahələrdən liderləri, siyasətçiləri, innovatorlar və akademikləri bir araya gətirəcək.

Açılış mərasimində moderatorluq edəcək nazirlər paneli Amerika Birləşmiş Ştatlarının sabiq naziri Daq Burqumun və BƏƏ-nin energetika naziri Suhail Mohamed Əl-Mazroueinin sədrliyi ilə keçiriləcək. Müzakirələrdə Almaniya, İtaliya, Qətər, Oman və digər ölkələrin nazirləri, həmçinin “Microsoft”un prezidenti Bred Smit, OPEC-in Baş katibi Haysam Əl-Qais, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera, nəhəng enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Forum çərçivəsində tələbələr üçün hazırlanmış 11 komponent də təqdim olunacaq. Məqsəd 1000-dən çox lisey şagirdi və 400 universitet iştirakçısını enerji texnologiyalarının modernləşdirilməsi üzrə proseslərin öyrənilməsinə cəlb etməkdir. Forumun keçiriləcəyi Konqres Mərkəzində onlara xüsusi “İnnovatorlar” zonası ayrılacaq.

“ADIPEC 2025”də, həmçinin BƏƏ-də yerləşən lisey şagirdləri üçün metan emissiyalarını azaltmaq üzrə innovativ ideyaları nümayiş etdirmək məqsədilə müsabiqə də təşkil olunacaq.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30