Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyənin ixracının üçdəbiri 5 ölkənin payına düşür

Türkiyənin ixracının üçdəbiri 5 ölkənin payına düşür

31.10.2025 [22:17]

Türkiyənin 2025-ci ilin sentyabr ayında ixracı ötən ilin eyni ayı ilə müqayisədə 2,8% artaraq 22,576 milyard dollara, idxal isə 8,7% artımla 29,479 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) və Ticarət Nazirliyinin birgə hesabatında bildirilir.

Sentyabr ayında Türkiyə ixracatı üçün aparıcı bazar Almaniya olub. Bu ölkəyə 1,9 milyard dollar dəyərində məhsul göndərilib. Türkiyə mal və xidmətləri üçün ilk beş bazara Birləşmiş Krallıq, ABŞ, İraq və İtaliya da daxil olub. Hesabata görə, bu beş ölkə Türkiyənin ümumi ixracatının 30,3%-ni təşkil edib.

Çin sentyabr ayında Türkiyənin aparıcı idxalçısı olub və 4,264 milyard dollar dəyərində məhsul tədarük edib. Türkiyəyə ilk beş tədarükçü arasında Rusiya (3,247 milyard dollar), Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ da var. Bu beş ölkədən idxal ümumi göstəricinin 43,5%-ni təşkil edib.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31