Qlobal güc balansında Bakı faktoru: Vaşinqton üçün strateji tərəfdaşlıq zərurəti
28.10.2025 [11:52]
Azərbaycan-ABŞ əlaqələrinin yeni gündəmi 907-ci düzəlişin ləğvini aktuallaşdırır
Son illər Azərbaycan iqtisadi, siyasi və geosiyasi baxımdan mühüm yüksəliş mərhələsini yaşayır. Qlobal sistemin yenidən formalaşdığı, beynəlxalq münasibətlərin çoxqütblü modelə keçdiyi bir zamanda Azərbaycan həm regional, həm də qlobal miqyasda özünü sabitlik, əməkdaşlıq və strateji tərəfdaşlıq mərkəzi kimi təqdim edir. Ölkə enerji istehsalçısı olmaqla yanaşı, həm də qlobal logistik, kommunikasiya və təhlükəsizlik arxitekturasında əsas oyunçuya çevrilib.
Bu inkişaf trayektoriyası Azərbaycanın xarici siyasət kursunun praqmatik, çevik və gələcəyə hesablanmış istiqamətdə qurulduğunu göstərir. Azərbaycan dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər sistemini möhkəmləndirir. Avropa ilə enerji dialoqu, Asiya ilə nəqliyyat əlaqələri, Türk dünyası ilə inteqrasiya, Yaxın Şərq və Afrika ilə əməkdaşlıq xəttinin genişlənməsi Azərbaycanın çoxşaxəli diplomatik xəttinin nümunəsidir.
Bu gün Bakı artıq təkcə regional deyil, qlobal qərarların verilməsində də təbii iştirakçı mövqeyinə sahibdir. Qlobal Cənubun yüksəliş dinamikasında, kolonial sistemin qalıqlarının aradan qaldırılmasında, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycan faktoru dünya güclərinin diqqət mərkəzindədir. Bu kontekstdə Bakı-Vaşinqton əlaqələri də yeni bir mərhələyə qədəm qoyur.
Bu faktdır ki, son dövrlərdə Vaşinqtonun Azərbaycan siyasətinə baxışı dəyişir: Cənubi Qafqazda sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin olunması və Yaxın Şərqdə yeni təhlükəsizlik mexanizminin qurulması üçün apardığı uğurlu iş baxımından Bakı artıq ABŞ üçün mühüm strateji tərəfdaşa çevrilməkdədir.
Azərbaycan yeni statusda: regional mərkəzdən qlobal gücə çevrilməyə doğru...
Təsadüfi deyil ki, bu fakt artıq bütün dünya tərəfindən də etiraf olunur - istər ABŞ-ın, istərsə də digər Qərb regionunun aparıcı analitik mərkəzləri, beyin institutları Azərbaycanın yeni dövrdə mühüm problemlərin həllindəki rolunu yüksək dəyərləndirirlər. Bakının sıçrayışlı inkişafı hətta nümunə göstərilir. Məsələn, “Eurasianet” analitik nəşrinin məqaləsində bildirilir ki, Azərbaycan son onilliklərdə təkcə Cənubi Qafqazda regional lider deyil, həm də Yaxın Şərq və Avropadakı maraqların kəsişməsində əsas oyunçu kimi ortaya çıxıb. Onun energetika sahəsindəki əhəmiyyəti, siyasi sabitliyi və əsas oyunçularla strateji tərəfdaşlığı Bakını regionda və ondan kənarda əsas proseslərə təsir göstərə bilən mühüm mərkəzə çevirir. “Bakı öz təsirini yeni bir oyunçu kimi göstərmək imkanı qazanıb. Onun coğrafi mövqeyi bu Cənubi Qafqaz ölkəsinə regional enerji və təhlükəsizlik üzərində müstəsna təsir imkanı verir. Bu amillər, ABŞ-ın Yaxın Şərqdə yeni güc balansını formalaşdırmaq səylərində Azərbaycanın artan əhəmiyyəti fonunda Vaşinqtonun Bakı ilə əlaqələrini məhdudlaşdıran 907-ci düzəlişin ləğvi üçün əsas yaradır”, - məqalənin müəllifləri qeyd edirlər.
Həqiqətən də Azərbaycanın artan təsiri, qlobal mühitdə uğurlu çıxışı yalnız iqtisadi resurslar və ya bu kimi amillərə söykənmir. Bu təsirin kökündə ilkin olaraq Bakının coğrafi strateji mövqeyi, sabit daxili siyasi modeli və müstəqil diplomatik xətti dayanır. Qlobal enerji xəritəsində Xəzərin qərb sahilində yerləşən Azərbaycan həm Qafqazın, həm də Avrasiyanın enerji arteriyalarının kəsişmə xəttinə çevrilib. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Bakı-Tbilisi-Qars kimi strateji layihələr Azərbaycanın regional təsirini reallığa çevirib.
Eyni zamanda, Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Qələbə ilə regionun yeni təhlükəsizlik memarlığını formalaşdırıb. Bu qələbə sayəsində Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda postmünaqişə dövrü reallıqlarını müəyyən edən dövlət kimi mövqeyini gücləndirdi.
ABŞ üçün bu amil xüsusi əhəmiyyət daşıyır. Çünki regionda sülhün və nəqliyyat əlaqələrinin bərpası Vaşinqtonun da iqtisadi maraqları ilə səsləşir. Azərbaycanın həm Türkiyə, həm Gürcüstan, həm də Mərkəzi Asiya ölkələri ilə sıx tərəfdaşlığı ABŞ üçün Rusiyadan kənar sabit enerji və nəqliyyat dəhlizləri yaratmaq imkanı verir. Bakı artıq sadəcə enerji təchizatçısı deyil, sabitlik ixrac edən bir dövlətdir. ABŞ və Avropa üçün təhlükəsizlik və etibarlılıq baxımından Azərbaycan postsovet məkanında ən güvənilən tərəfdaşlardan biri kimi qəbul olunur. Bu səbəbdən Vaşinqtonun 907-ci düzəliş kimi köhnəlmiş siyasi məhdudiyyətlərə yenidən baxması qaçılmazdır. Çünki yeni əməkdaşlıq mərhələsi genişdiapazonluğu ilə seçiləcək - beləliklə, iki strateji tərəfdaş arasında belə bir ədalətsiz uçurumun varlığı qəbul ediləsi ola bilməz.
Şarm-əş-Şeyx sammitində iştirak: Bakı yeni diplomatik konfiqurasiyanın tərəfdaşıdır
Məqalədə Azərbaycanın qlobal geosiyasi səhnədə artan təsiri də vurğulanır. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən sülh sammitində iştirakı bir daha Bakının Vaşinqtonun Avrasiyanı və Yaxın Şərqdə inkişaf edən təhlükəsizlik arxitekturasını birləşdirən tərəfdaşı kimi artan nüfuzunu göstərir.
Vurğulandığı kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən sülh sammitində iştirakı Azərbaycanın qlobal diplomatiyada fəal oyunçu kimi rolunu bir daha təsdiqlədi. Bu sammitdə Yaxın Şərq böhranı, Qəzza zolağında gərginlik və beynəlxalq humanitar vəziyyət müzakirə olunsa da, əsas diqqət yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlmişdi. Bakı isə bu gün Yaxın və Orta Şərqdə yaradılması nəzərdə tutulan sülh prosesinin uğurlu memarlarından biridir. Biz hər zaman bildirmişik ki, istənilən qarşıdurmanın uzunmüddətli həlli yalnız dialoq, qarşılıqlı hörmət və ədalət üzərində qurula bilər. Bu səbəbdən Bakının Misir sammitinə dəvəti təsadüfi deyil - bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının göstəricisidir.
Azərbaycanın Yaxın Şərq Sülh Sammitində təmsil olunması bir daha göstərir ki, Bakı artıq qlobal diplomatiyanın ayrılmaz iştirakçısına çevrilib. Bu iştirak təkcə siyasi deyil, həm də mənəvi mahiyyət daşıyır. Azərbaycan Yaxın Şərqdə baş verən hadisələrə hər zaman ədalət və beynəlxalq hüquq prizmasından yanaşır. Azərbaycan həm Türkiyə-İsrail, həm də Suriya - İsrail ilə münasibətlərdə barışdırıcı və ədalət prizmasında siyasət aparan ölkələrdəndir. Bakı bu münasibətlərin tənzimlənməsində dialoq körpüsü rolunu oynayır. Azərbaycanın bu yöndə təmin etdiyi diplomatik xətt göstərir ki, o, regional sabitliyin təminatçısı olmaqla yanaşı, həm də böyük dövlətlər arasında körpü funksiyasını uğurla yerinə yetirir.
Sülh sammitində Azərbaycanın iştirakı həm də simvolik məna daşıyır: bu, sülhü qələbədən sonra da qorumağın mümkünlüyünü göstərən təcrübənin paylaşılmasıdır. Azərbaycan bu mənada “sülhün bərpası” deyil, “sülhün möhkəmləndirilməsi” modelini təklif edir.
Bakı həm də bu prosesdə körpü rolunu oynayır: bir tərəfdən Avrasiyanın enerji və logistika arteriyalarını nəzarətdə saxlayır, digər tərəfdən isə müsəlman dünyası ilə Qərb arasında balanslaşdırıcı diplomatik missiya yerinə yetirir. ABŞ üçün bu, mühüm fürsətdir. Çünki Azərbaycan müstəqil siyasi xəttə malik dövlətdir - bu, onu müstəqil regional güc kimi də fərqləndirir.
Prezident İlham Əliyevin sammitdəki çıxışı bütün dünyada, o cümlədən Vaşinqtonda da diqqətlə izlənildi. ABŞ analitik dairələrinin, KİV-in və təhlil mərkəzlərinin qənaətlərinə diqqət yetirsək, Azərbaycanın Yaxın Şərq diplomatiyasına daxil olması “yeni regional təhlükəsizlik modeli”nin tərkib hissəsi kimi qiymətləndirilir. Bu, həm də Azərbaycanın artıq bütövlükdə Avrasiyanın geosiyasi mərkəzi statusunu möhkəmləndirir.
Strateji səfər: Vaşinqton Azərbaycan ilə əlaqələri gücləndirməkdə maraqlıdır
Məqalədə deyilir ki, ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper oktyabrın 18-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. “Bu adi görüş deyildi, çünki Azərbaycan CENTCOM-un deyil, ABŞ-ın Avropa Komandanlığının marağına daxildir. Bu görüş Vaşinqtonun regional koordinasiyasının genişlənməsinə işarə etdi”, - məqalədə bildirilir.
Qeyd edək ki, CENTCOM rəhbərinin Bakıya səfəri Vaşinqtonun Azərbaycanı artıq Yaxın Şərq və Mərkəzi Asiya təhlükəsizlik sisteminin bir hissəsi kimi nəzərdən keçirdiyinin göstəricisi kimi də önə çıxır. Bu görüş həm də ABŞ-ın yeni “regional koordinasiya xəritəsi”nin formalaşmasından xəbər verir. ABŞ üçün Azərbaycan həm regional sabitlik sabitlik faktoru, həm də Qafqaz - Orta Asiya enerji bağlantısında əsas dayağı rolunu oynayır. CENTCOM rəhbərinin səfəri həm hərbi, həm də diplomatik baxımdan yeni mərhələnin başlanğıcıdır.
Bu səfər çərçivəsində terrorizmə qarşı mübarizə, enerji infrastrukturlarının mühafizəsi və kibertəhlükəsizlik üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu, Azərbaycanın ABŞ təhlükəsizlik sisteminə inteqrasiyasının dərinləşməsi deməkdir.
“Sülh üçbucağı”: Bakı regional sabitliyin əsas dayağı kimi...
Azərbaycanın Yaxın Şərqdə silahların susması, sülhün əldə olunması üçün apardığı siyasət həqiqətən də öz bəhrəsini verir - bu, qlobal mühit tərəfindən də dəyərləndirilir. Sözügedən məqalədə bu məqama da toxunulur - bildirilir ki, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə sıx əlaqələri onu regional güc balansının formalaşmasında əsas oyunçuya çevirib. Suriyada maraqları tez-tez fərqli olan bu iki əsas tərəfdaş arasında vasitəçilik etmək üçün Bakı xüsusən unikal mövqedədir. May-iyul aylarında Azərbaycan Türkiyə və İsrail arasında Suriya məsələsi ilə bağlı danışıqların üç raunduna yardım edib. Eyni zamanda, Azərbaycan Suriya keçid rəhbərliyi ilə əlaqələrini dərinləşdirib və bu, Prezident Əhməd əş-Şaraanın 12-13 iyulda Bakıya səfəri ilə nəticələnib. Səfər zamanı tərəflər Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı ilə bağlı tarixi razılaşma imzalayıblar.
Vurğulandığı kimi, Azərbaycanın həm Türkiyə, həm də İsrail ilə sıx əlaqələri regionda unikal diplomatik üçbucaq formalaşdırıb. Bu üçbucaq həm enerji, həm müdafiə, həm də təhlükəsizlik sahələrini əhatə edir.
Bəzi məsələlərdə fərqli baxışlara sahib olan Türkiyə və İsrail arasında vasitəçi kimi Bakının çıxış etməsi regionda yeni siyasi balans yaradır. Azərbaycanın bu iki dövlət arasında Suriya məsələsi ilə bağlı üç raund danışıqlara ev sahibliyi etməsi də Bakının etibarlı tərəfdaş statusunu təsdiqləyir. İyulun 12-13-də Suriya keçid rəhbərliyinin başçısı Əhməd əş-Şaraanın Bakıya səfəri bu diplomatik xəttin məntiqi nəticəsi idi. Bakı bu görüş vasitəsilə həm Suriyanın bərpa prosesində iştirak niyyətini nümayiş etdirdi, həm də bölgədəki sülh missiyasına diplomatik dəstəyini verdi.
Paralel olaraq Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi (TRIPP) layihəsi Bakı-Vaşinqton strateji əməkdaşlığının iqtisadi və siyasi ölçülərini uzlaşdırır. Bu layihə həm ABŞ-nin, həm də Avropanın regionda enerji və nəqliyyat təhlükəsizliyini artırır. Tramp administrasiyasının aktiv iştirakı ilə müzakirə olunan bu təşəbbüs yüksək qiymətləndirilir - Vaşinqton Bakının rolunu əsas strateji körpü kimi dəyərləndirir. Bu proses Azərbaycanın regional logistika və enerji sistemindəki çəkisini daha da gücləndirir.
Yeni dialoq mərhələsi: Bakının sülhpərvər imici beynəlxalq brendə çevrilib
Məqalədə o da vurğulanır ki, ABŞ-ın əsas prioriteti Prezident Trampın 20 maddəlik planının bir hissəsi olaraq Qəzza zolağında vəziyyəti sabitləşdirməkdir. Ərəb və müsəlman ölkələri arasında Azərbaycan İsraillə ən yaxın strateji əlaqələrə malik ölkə kimi seçilir. “Bu unikal mövqe həlledici əhəmiyyətli olacaq. CENTCOM-un komandanının Azərbaycana son səfəri Vaşinqtonun Bakının (Yaxın Şərqdə) bu inkişaf etməkdə olan təhlükəsizlik sistemi üçün artan əhəmiyyətini qəbul etməsini əks etdirir. Vaşinqton təhlükəsizlik və iqtisadiyyat sahəsində Azərbaycanla hərtərəfli tərəfdaşlığın qurulması üçün qətiyyətli hərəkət etməlidir”, - analitiklər qeyd ediblər.
Göründüyü kimi, Bakının sülhpərvər imici artıq beynəlxalq brendə çevrilib. Qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və humanitar diplomatiya sahəsində Azərbaycanın oynadığı rol Yaxın Şərq üçün də nümunə kimi təqdim olunur - məhz bu nöqteyi-nəzərdən də, yeni reallıqda 907-ci düzəlişin saxlanılması Vaşinqtonun öz maraqlarına zidd görünür. Həm enerji təhlükəsizliyi, həm sülh təşəbbüsləri, həm də yeni qlobal düzənin formalaşması baxımından ABŞ və Azərbaycan əməkdaşlığı təhlükəsizliyin, iqtisadiyyatın və diplomatiyanın kəsişdiyi nöqtədə yeni mərhələyə qədəm qoyub. Bugünkü beynəlxalq mühitdə Azərbaycan artıq fəal tərəfdaş kimi qəbul edilir - 907-ci düzəliş kimi köhnəlmiş siyasi məhdudiyyətlərin ləğvi həm regionda sabitliyə, həm də ABŞ-ın qlobal strateji maraqlarına xidmət edəcək. Azərbaycanın artan əhəmiyyəti fonunda Bakı-Vaşinqton münasibətləri yeni siyasi dialoq mərhələsinə daxil olub - bu mərhələdə qarşılıqlı maraqlar üzərində qurulmuş əməkdaşlıq gələcəkdə Qafqazdan Yaxın Şərqə, oradan da Qlobal Cənuba qədər geniş bir geosiyasi məkanın əsas hərəkətverici qüvvəsinə çevrilə bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

