Dünya yeni təhdiddən narahatdır...
28.10.2025 [09:49]
Rusiya “Burevestnik”i sınaqdan keçirdi
Beynəlxalq aləm son günlər Ukrayna-Rusiya cəbhəsində baş verənləri narahatlıqla izləyir. Daha çox siyasi bəyanatların güclənməsi fonunda inkişaf etdirilən qarşıdurma yeni müstəviyə qədəm qoyub. Ukraynanın ABŞ-dan “Tomoqavk” raket sistemləri istəməsinin ardından bu dəfə Rusiya yeni qanadlı nüvə raketinin nümayişini reallaşdırıb. Belə ki, Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov raketin hazır olması ilə bağlı çıxış edib. Prezident Putinlə Gerasimovun görüşündə raketin yeni istifadə imkanları dəyərləndirilib. Putin uğurlu sınaqlardan sonra Rusiya ordusunda “Burevestnik” raketinin yerləşdirilməsi üçün infrastrukturun hazırlanması ilə bağlı əmr verib. O, “Burevestnik”i unikal bir inkişaf adlandırıb: “Bu, dünyada heç kimin sahib olmadığı bir məhsuldur. Mümkün istifadə sahələrini müəyyən etməli və bu silahı silahlı qüvvələrdə yerləşdirmək üçün infrastrukturu hazırlamağa başlamalıyıq.” Maraqlı detallardan biri Vladimir Putinin uzun müddətdən sonra auditoriya qarşısına hərbi mundirdə çıxması olub. Qeyd edək ki, 4 ilinin bitməsinə az qalan müharibə dövründə Putin hərbi səhra geyimində xalq qarşısına çıxmamışdı. Bir çox siyasi analitiklər bu addımı həm Ukraynaya, həm də Qərbə “mesaj” hesab edir. Belə ki, Putinin yeni qanadlı nüvə raketini məhz hərbi geyimdə “elan etməsi” birmənalı qarşılanmayıb...
15 saat havada qalır, 14 min kilometr uçur
Baş Qərargah rəisi bildirib ki, “Burevestnik” raketi 21 oktyabrda sınaqdan keçirilib - raket 14 min km məsafə qət edib və təxminən 15 saat havada qalıb. Gerasimov iddia edib ki, “Raketin texniki xüsusiyyətləri onun istənilən məsafədə yüksək səviyyədə qorunan hədəflərə qarşı zəmanətli dəqiqliklə istifadəsinə imkan verir”.
Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə platforması X.com-da (keçmiş Twitter) “Burevestnik” qanadlı raketinin uğurlu sınağını elan edib. “Rusiyanın bütün dostlarını nüvə mühərriki və döyüş başlığı ilə təchiz edilmiş, uçuş məsafəsi limitsiz olan “Burevestnik” (Fırtına quşu) qanadlı raketinin uğurlu sınağı münasibətilə təbrik edirəm.”
Qeyd edək ki, Burevestnik” (GRAU indeksi 9M730, NATO təyinatı SSC-X-9 Skyfall) nüvə energetik qurğusuna malik olan qlobal mənzilli qitələrarası qanadlı raketdir. Rusiya Prezidenti Vladimir Putin bu raketin hazırlanmasını ilk dəfə 1 mart 2018-ci ildə Federal Məclisə etdiyi müraciətdə bildirmişdi. Prezidentin çıxışı zamanı sınaqdan keçirilən raket sisteminin videogörüntüləri nümayiş etdirilmişdi. 22 mart 2018-ci ildə Rusiya Müdafiə Nazirliyinin veb saytında açıq səsvermədən sonra bu raketə “Burevestnik” adı verilib. Raketin gövdə ölçüləri X-101 kruiz raketinin ölçüləri ilə üst-üstə düşür və kompakt nüvə enerji bloku ilə təchiz olunub. Raketin uçuş məsafəsi isə X-101-dən on dəfə çoxdur. Ölçülərinə gəldikdə isə, buraxılış zamanı uzunluğu 12 m, uçuş zamanı 9 m, gövdənin frontal proyeksiyası elliptikdir, ölçüsü 1 x 1,5 m-dir. Qeyd edək ki, hələ bir müddət əvvəl İllinoys Texnologiya İnstitutunun fizika professoru Ceff Terri “Tomaqavk” qanadlı raketi ilə analogiyalarını müqayisə edərək “Burevestnik”in mühərrikinin qeyri-istilik gücünü təxminən 766 kVt olaraq qiymətləndirmişdi. Bununla da o, raketin müasir nəsil kompakt nüvə reaktorunun potensial güc diapazonuna uyğun olduğu qənaətinə gəlmişdi. Sınaqlar zamanı “Burevestnik”in uçuş müddəti 15 saat olmuşdu və bu müddət ərzində raket 14 min km məsafə qət etmişdi. Qeyd edək ki, Rusiya KİV-lərinin məlumatına görə, “Burevestnik” raketi 2027-ci ilə qədər istifadəyə qəbul edilməyəcək - onun döyüş potensialı 5 fevral 2026-cı ilə qədər uzadılmış Rusiya-Amerika Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) də daxil deyil.
Hələ 2023-cü ilin oktyabr ayının əvvəlində “The New York Times” qəzeti Planet Labs şirkətinin peyk görüntülərinə istinadən Novaya Zemlya arxipelağındakı buraxılış məntəqəsində nüvə mühərrikli “Burevestnik” qitələrarası raketinin sınaqlarının mümkün hazırlığı və ya tamamlanması barədə məlumat yaymışdı. Bir neçə gün öncə, oktyabrın 26-da isə Kremlin mətbuat xidməti baş qərargah rəisi Valeri Gerasimovun “Burevestnik”in uğurlu sınaqdan keçirildiyini elan etdiyi bir video yayımlamışdı. NATO tərəfindən “Skyfall” ləqəbi ilə tanınan “Burevestnik” raketi 10 ildən çoxdur ki, hazırlanır. Vaşinqton Nüvə Təhdidi Təşəbbüsünün 2019-cu il tarixli hesabatına görə, “Skyfall” “nüvə başlığı daşıyacaq, aşağı hündürlükdə dünya orbitində fırlanacaq, raketdən müdafiə sistemlərindən və ərazidən yayınacaq və sonra döyüş başlığını gözlənilməz bir yerə atacaq”.
Trampdan bəyanat: Rusiya unutmamalıdır ki....
Rusiyanın yenidən nüvə təhdidinə “müraciət” etməsinə isə ABŞ-ın cavabı daha sərt olub. Prezident Donald Tramp Rusiyanın “Burevestnik” raketinin sınaqlarının başa çatması ilə bağlı şərhində deyib ki, dünyanın ən yaxşısı olan Amerika nüvə sualtı qayığı Rusiya sahillərində yerləşir, ona görə də ABŞ-ın Rusiyanın silahlarını təqib etməsinə ehtiyac yoxdur. “Onlar bilirlər ki, bizim onların sahillərində dünyanın ən yaxşı nüvə sualtı qayığımız var”, - deyən Tramp əlavə edib ki, Ukraynadakı münaqişə nöqteyi-nəzərdən Rusiyanın “Burevestnik” haqqındakı açıqlaması “yersizdir”. Onun fikrincə, hərbi sınaqlar əvəzinə, hərbi əməliyyatlara son qoyulmalıdır. Tramp həmçinin “Burevestnik” haqqında danışarkən Rusiya və ABŞ-ın bir-biri ilə oyun oynamadığını vurğulayıb. Bir neçə gün əvvəl o, ABŞ-ın nüvə silahı ehtiyatlarında Rusiya və Çindən irəlidə olduğunu bildirmişdi. Tramp iddia edib ki, ABŞ-ın “çoxlarının belə bilmədiyi” silahları var.
Qeyd edək ki, bu il avqustun 1-də Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahı ilə bağlı açıqlamalarından sonra müvafiq bölgələrdə iki nüvə sualtı qayığın yerləşdirilməsinə əmr verdiyini açıqlayıb. Tramp öz addımını belə izah edib: “Bu qərar ehtiyatsız və təhrikedici açıqlamaların sadəcə sözdən daha artıq olduğunu sübut etməsi ehtimalı ilə verilib”.
Budapeşt Memorandumu yenidən xatırlandı...
Qızğın nüvə müzakirəsi isə yenidən 1994-cü il dekabrın 5-də imzalanan Budapeşt Memorandumunu xatırladıb. Qeyd edək ki, Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün imzalanıb. Memorandum üç nüvə dövləti, Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən imzalanmışdı, digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdilər. Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapmışdı. Bu memorandum nəticəsində 1994-1996-cı illər arasında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etmişdilər.
Qərb iddia edir ik, Rusiya isə yeni nüvə raketi sınağı ilə yenidən regionda təhdid yaradır. Rusiya isə eyni mövqeni bölüşmür - xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva bu sənəddə göstərilən öhdəlikləri pozduğunu düşünmür. “Rusiya tərəfi Budapeşt Memorandumunu heç bir şəkildə pozduğunu hesab etmir. Orada deyilir ki, nüvə silahlarından imtina edən digər keçmiş sovet respublikaları kimi, Ukrayna da nüvə güclərinin qeyri-nüvə dövlətlərinə verdiyi zəmanətləri alacaq. Vəssalam. Vəssalam”, - deyən Lavrov əlavə edib ki, bu zəmanətlər nüvə silahlarının, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulmuş qeyri-nüvə dövlətlərinə qarşı istifadə olunmaması ilə bağlıdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

