Qazaxıstan - Azərbaycan əlaqələri bölgə üçün mühüm perspektivlər yaradır
21.10.2025 [11:46]
İki ölkə arasında siyasi əlaqələr qarşılıqlı etimada söykənir
Azərbaycan dövlətinin yürütdüyü siyasət beynəlxalq aləmdə dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı etimad mühitinin qorunması və ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişafı kimi mühüm prioritetləri əhatə edir. Xüsusilə, qonşu ölkələr, türk dünyası ilə əlaqələr bu kontekstdə seçilir - bu münasibətlər təkcə mədəni-tarixi yaxınlıq müstəvisində deyil, həm də iqtisadi, nəqliyyat-logistika, enerji və təhlükəsizlik istiqamətlərində strateji əməkdaşlıq səviyyəsinə yüksəldib.
Bu mənada Azərbaycanın Qazaxıstanla münasibətləri xüsusi yer tutur. Hər iki ölkə eyni tarixi-mədəni köklərə, ortaq dilə, dinə və milli dəyərlərə malik olmaqla yanaşı, regionda sabitliyin və iqtisadi tərəqqinin mühüm dayaqlarıdır. Azərbaycan və Qazaxıstan arasında formalaşan strateji tərəfdaşlıq modeli türk dünyasının birliyinə, həmrəylik ruhuna və Orta Asiya-Cənubi Qafqaz xəttində yeni əməkdaşlıq formatlarının yaranmasına mühüm töhfələr verir.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sazişlər, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi, eləcə də Transxəzər nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirib. Azərbaycan və Qazaxıstan yalnız regional deyil, həm də qlobal səviyyədə bir-birinin mövqelərini dəstəkləyir, beynəlxalq platformalarda ortaq maraqları müdafiə edirlər. Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur: “Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur”.
Dostluq, qardaşlıq əlaqələri...
Hələ qədim dövrlərdən yaxın münasibətlərə malik xalqlar arasında yaxın dostluq münasibətləri mövcud olub. Ötən yüzillikdə isə hər iki ölkə SSRİ çərçivəsində 70 ildən artıq müttəfiq respublika kimi fəaliyyət göstəriblər. Müstəqillik əldə ediləndən sonra isə bu əlaqələr daha da güclənib. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulub. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi, həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluğu fəaliyyətə başlayıb.
Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir. Qazax xalqının Azərbaycana hədiyyəsi olan Füzuli şəhərinin işğaldan azad edilmiş ərazilərində inşa edilmiş və istifadəyə verilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi kimi qiymətləndirilir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki “Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır”.
Qarşılıqlı səfərlər əlaqələri möhkəmləndirir
Dövlət başçıları arasındakı səmimi dostluq və qarşılıqlı hörmət isə bu əməkdaşlığı daha da irəliyə daşıyır - qeyd edək ki, son 5 ildə iki ölkənin dövlət başçısının qarşılıqlı səfərləri əlaqələrin möhkəmlənməsinə yeni bir mərhələ qazandırıb. Azərbaycan Prezidenti İlham Əliyev dost ölkəyə 2022-ci ilin oktyabrında işgüzar, 2023-cü ilin aprelində isə rəsmi səfər edib. bundan başqa, 2023-cü ilin noyabrında TDT-nin 10-cu Yubiley Zirvə görüşündə, 2024-cü ilin iyulunda isə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, 2024-cü ildə avqustunda isə Mərkəzi Asiya Dövlət Başçılarının Altıncı Məşvərət Görüşündə iştirak etmək məqsədilə iştirak etmək məqsədilə Qazaxıstan Respublikasına işgüzar səfər edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci ilin avqustunda Azərbaycana rəsmi səfər, 2024-cü ilin martında isə dövlət səfəri reallaşıb. Bundan başqa Qazaxıstan Prezidenti 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə, 2024-cü ilin iyulunda Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər edib. Prezident Kasım-Jomart Tokayev 2024-cü ilin noyabrında da Azərbaycan Respublikasına işgüzar səfər edib. “Kazinform”a eksklüziv müsahibəsində Prezident İlham Əliyev deyib ki, bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir: “Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir”.
TDT iki ölkənin münasibətlərində yeni bir mərhələ açıb
Qeyd edək ki, Azərbaycan-Qazaxıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu sırada Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, TDT, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq qurumları qeyd edə bilərik. Amma iki dövlət arasında çöxtərəfli əlqələrdən danışdıqda Türk Dövlətləri Təşkilatına xüsusi yer ayırmaq gərəkir. Belə ki, qurum iki dövlətin yaxın əməkdaşlıq əlaqələrini daha da gücləndirib. Məhz TDT şərçivəsində imzalanan “Qarabağ Bəyannaməsi” Bakı-Astana əlqələrində yeni bir mərhələnin əsasını qoyub. Dövlət başçısı müsahibəsində bu məqama toxunaraq deyib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. “2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir”, -deyə Prezident İlham Əliyev vurğulayıb.
Möhkəm hüquq-müqavilə bazası...
İndiyədək Azərbaycanla Qazaxıstan arasında çoxsaylı sənədlər imzalanıb. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib. İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində bildirib ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq: “Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19

Diaspor
20 Oktyabr 21:38

Siyasət
20 Oktyabr 21:37

YAP xəbərləri
20 Oktyabr 21:16

YAP xəbərləri
20 Oktyabr 21:09

YAP xəbərləri
20 Oktyabr 20:57

YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31

YAP xəbərləri
20 Oktyabr 17:20

YAP xəbərləri
20 Oktyabr 17:07

YAP xəbərləri
20 Oktyabr 16:56

Siyasət
20 Oktyabr 16:50

YAP xəbərləri
20 Oktyabr 16:47

YAP xəbərləri
20 Oktyabr 16:45

Gündəm
20 Oktyabr 16:42

YAP xəbərləri
20 Oktyabr 16:20

YAP xəbərləri
20 Oktyabr 16:19

YAP xəbərləri
20 Oktyabr 15:50

YAP xəbərləri
20 Oktyabr 15:38

YAP xəbərləri
20 Oktyabr 15:33
Diaspor
20 Oktyabr 15:26

Sosial
20 Oktyabr 15:23
YAP xəbərləri
20 Oktyabr 15:21

YAP xəbərləri
20 Oktyabr 14:56

YAP xəbərləri
20 Oktyabr 14:52

Xəbər lenti
20 Oktyabr 14:31

YAP xəbərləri
20 Oktyabr 14:29

YAP xəbərləri
20 Oktyabr 13:56

Hadisə
20 Oktyabr 13:54

Sosial
20 Oktyabr 13:29

YAP xəbərləri
20 Oktyabr 13:28

Sosial
20 Oktyabr 13:27

Hadisə
20 Oktyabr 13:12

İqtisadiyyat
20 Oktyabr 13:09

İqtisadiyyat
20 Oktyabr 13:07

YAP xəbərləri
20 Oktyabr 12:54

Gündəm
20 Oktyabr 12:54

YAP xəbərləri
20 Oktyabr 12:25

Gündəm
20 Oktyabr 12:13

YAP xəbərləri
20 Oktyabr 11:52

YAP xəbərləri
20 Oktyabr 11:50

Sosial
20 Oktyabr 10:42

Dünya
20 Oktyabr 10:21

YAP xəbərləri
20 Oktyabr 09:53

Sosial
20 Oktyabr 09:47
