Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

Azərbaycan Vaşinqtonda keçirilən Türk Festivalında təmsil olunub

21.10.2025 [08:49]

ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində ənənəvi Türk Festivalı keçirilib.

Kapitol binasının yerləşdiyi məşhur Pensilvaniya prospektinin bir neçə küçəsi festival üçün bağlanıb. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər türkdilli dövlətlər və xalqların çadırları quraşdırılıb. Çadırlarda əsasən Vaşinqton ətrafında yaşayan türkdilli xalqların təmsilçilərinin əl işləri, fəaliyyət sahələri, xalqlara məxsus incəsənət nümunələri, o cümlədən onlara məxsus milli təamları nümayiş olunub. Azərbaycan mətbəxinə məxsus lülə kabab yerli əhalinin və turistlərin xüsusilə böyük marağına səbəb olub və qarşısında uzun növbə yaranıb.

Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evi də festivalda təmsil olunub. Onlar müxtəlif növ Azərbaycan yeməklərini və milli mədəniyyət nümunələrini festival ziyarətçilərinə təqdim ediblər. Həmçinin, könüllülər Azərbaycanla bağlı maraqlı məlumatları qonaqlara çatdırıb və onlara Azərbaycan bayrağı paylayıblar.

Festivalda konsert proqramı təşkil olunub. Konsertdə müxtəlif türkdilli xalqlarla yanaşı, Azərbaycan icmasının istedadlı təmsilçilərinin musiqi nömrələri də yer alıb. Azərbaycanlı müğənni Günay Quliyeva, kamança ustası Toğrul Orucov və nağara ifaçısı Zaur Şahın ifasında müxtəlif xalq və bəstəkar musiqiləri səsləndirilib. “Güldər” rəqs qrupu milli rəqslərimizi ifa edib. Yerli sakinlər və icma nümayəndələri konserti coşqu ilə qarşılayıb və öz rəqsləri ilə musiqiçilərə qoşulublar.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31