Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paytaxtda oğurluq edənlər saxlanılıblar

Paytaxtda oğurluq edənlər saxlanılıblar

06.10.2025 [21:30]

Paytaxtın Sabunçu rayonunda 1 nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 20 yaşlı Z. Zeynalov və 31 yaşlı Ü. Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 min manat dəyərində məişət əşyaları taladıqları da məlum olub.

Binəqədi rayonunda isə evlərin birindən 800 manat və 7 min 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R. Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30