Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

08.09.2025 [17:02]

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) “portal.edu.az” saytında qeydiyyat müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da başlanacaq və 15 sentyabr saat 18:00-dək davam edəcək.

Paylaş:
Baxılıb: 931 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

19 Sentyabr 08:57  

Ədəbiyyat

Sərçənin itməkliyi

19 Sentyabr 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30