Şuşa Bəyannaməsi tarixin səsi, gələcəyin zəmanətidir
13.06.2025 [22:46]
15 iyun 2021-ci il sadəcə bir diplomatik sənədin imzalandığı gün deyil. Bu gün Türk dünyasının birliyi, Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının rəsmi təsdiqi, bölgənin geosiyasi mənzərəsini dəyişdirən bir başlanğıc nöqtəsidir. Şuşa Bəyannaməsi müstəqillik tariximizin ən parlaq səhifələrindən birini yazdı. Bu Bəyannamə sadəcə bir siyasi sənəd deyil, bu – xalqlarımızın ürəyindən gələn, tarixi köklərimizə söykənən bir vəsiyyətdir. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin təkamülündə bir dönüş nöqtəsidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı bu sənədin ideoloji mayaklarıdır. Bu kəlamlar artıq siyasi şüar deyil, konkret fəaliyyət proqramına, təhlükəsizlik arxitekturasına çevrilmişdir. Şuşa Bəyannaməsi dünyanın hər bir nöqtəsinə göndərilmiş açıq bir mesajdır. Yəni, Azərbaycan və Türkiyə bundan sonra yalnız dost deyil, müttəfiqdirlər. Bu, bölgədə status-kvonu dəyişdirən, Cənubi Qafqazda yeni güc balansını formalaşdıran tarixi bir bəyanatdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada dediyi bu sözlə Bəyannamənin dəyərini açıq şəkildə ifadə etmişdi: “Bu sənəd gələcəkdə bizim birlikdə atacağımız addımların yol xəritəsidir.” Bəyannamə regionda revizionist qüvvələrə, xüsusilə də Ermənistandakı revanşist dairələrə ciddi bir xəbərdarlıq oldu. Türkiyənin imzaladığı sənəd vasitəsilə açıq şəkildə bəyan edildi ki, Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhdid olduğu təqdirdə, Türkiyə ordusu Azərbaycanın yanında olacaq. Bu, təkcə iki ölkənin deyil, bütün regionun təhlükəsizlik çərçivəsini yenidən cızan bir mesajdır. Şuşa Bəyannaməsi müdafiə sahəsində əməkdaşlığı ən yüksək səviyyəyə qaldırdı. İkinci Qarabağ müharibəsində Azərbaycanla Türkiyənin hərbi-strateji həmrəyliyi, xüsusilə də pilotsuz uçuş aparatlarının uğurla tətbiqi bu əməkdaşlığın ilkin nəticəsi idi. İndi isə bu proses daha da sistemli və dərin məzmun alır. Müdafiə sənayesi sahəsində birgə istehsal, silahlı qüvvələrin müasirləşdirilməsi və qarşılıqlı hərbi yardım mexanizmləri Bəyannamə ilə təsbit olunub. Bu, müttəfiqlik münasibətlərini sadəcə kağız üzərində deyil, praktik meydanda da təmin edən ciddi zəmanətdir. Azərbaycan və Türkiyə arasındakı bu strateji ittifaq yalnız regional deyil, beynəlxalq miqyasda da təhlükəsizlik arxitekturasına təsir göstərir. Tərəflərin xarici siyasət sahəsində müntəzəm məsləhətləşmələr aparması, beynəlxalq təşəbbüslərdə bir-birini açıq şəkildə dəstəkləməsi, ortaq diplomatik mövqelər formalaşdırması qlobal güclər üçün də yeni siyasi reallıq yaratdı. Bəyannamənin mühüm istiqamətlərindən biri də iqtisadi təhlükəsizlikdir. Zəngəzur dəhlizi layihəsi bu müttəfiqliyin iqtisadi sütunu rolunu oynayır. Cənab Prezident İlham Əliyev bu barədə bildirib: “Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirəcək yeni bir yol açır. Bu, Şərqdən Qərbə yeni bir iqtisadi magistral olacaq.” Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyəni birləşdirmir, eyni zamanda Türk dünyasının coğrafi inteqrasiyasını təmin edir, Çin-Orta Asiya-Türkiyə-Avropa ticarət marşrutunu daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi ilə bölgədə sərmayə mühiti daha da əlverişli hala gəldi. İndi işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətləri mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə fiziki quruculuq deyil, həm də sosial-iqtisadi stabilliyin möhkəmlənməsi üçün strateji əsas yaradır. Şuşa Bəyannaməsinin imzalanma məkanı və tarixi özü də xüsusi bir mesaj idi. Cənab Prezident İlham Əliyev qeyd edib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Yüz il əvvəl imzalanan o müqavilənin ruhu bu gün Şuşada canlanır.” Şuşada, Qarabağın tacı, mədəniyyət paytaxtı, milli qürurumuz olan bu şəhərdə imzalanan sənəd Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və milli birliyinin simvoluna çevrildi. Bu Bəyannamə ilə hər 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar artıq ənənəyə çevrilib. Bu tədbirlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə ortaq tarixə, ortaq dəyərlərə və ortaq gələcəyə sahibdirlər. Bəli, Şuşa Bəyannaməsi bizim üçün yalnız bir diplomatik sənəd deyil. Bu, millət yaddaşında əbədi yaşayacaq qardaşlıq andıdır. Bu sənəd Türk dünyasının birliyinə, Azərbaycanın və Türkiyənin regional və qlobal güc kimi daha da möhkəmlənməsinə xidmət edən strateji yol xəritəsidir. Məhz buna görə Şuşa Bəyannaməsi tarixi bir səs, siyasi bir güc və təhlükəsizlik zəmanətidir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

