Nəsimi rayonunda "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilmişdir.
07.05.2025 [12:02]
Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Qərbi Azərbaycan İcmasının, Nəsimi rayon İcra Hakimiyyətinin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilmişdir. Tədbirdə Qərbi Azərbaycan İcmasının, Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərlikləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları öncə Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgi ilə tanış olmuşlar.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını salamlayaraq, tədbirdə iştiraklarına görə dərin hörmət və ehtiramlarını bildirmiş, tədbirin əhəmiyyəti barədə danışmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, bu gün memarı və qurucusu,Azərbaycan mənim ürəyimdir,Azərbaycan mənim nəfəsimdir,Azərbaycan mənim həyatımdır deyən Ümummilli lider H.Əliyev olan müstəqil Azərbaycan Respublikası öz tarixinin ən əlamətdar hadisələrlə dolu günlərini yaşayır. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlayıb 44 gün davam edən zəfər dolu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əbədiyyətə qovuşmuş şəhidlərimizin və qəhrəman qazilərimizin şücayəti sayəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi.
Bu gün ərazi bütövlüyü tam təmin olunan Azərbaycanımız inkişaf tarixinin yeni dövrünə qədəm qoyub, Möhtərəm prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində biz hər gün Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq. Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır. Bu gün Qərbi Azərbaycana qayıdış tarixi zərurətə çevrilib.
Tədbirdə millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasının tarixi zərurət olduğunu bildirdi, bu istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik, uzaqgörən və qətiyyətli siyasəti barədə tədbir iştirakçılarına geniş və hərtərəfli məlumat verdi.
Tədbirdə çıxış edənlər - Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Tədbir əslən Qərbi Azərbaycandan olan aşıqların və rəqs kollektivinin bir-birindən maraqlı təqdimatları ilə başa çatmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

