/ / İran rəsmisi: Məsud Pezeşkianın səfəri münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirdi
İran rəsmisi: Məsud Pezeşkianın səfəri münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirdi
06.05.2025 [12:42]
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi və tarixi səfəri iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan anlaşma memorandumları və verilən birgə bəyanatlar İran-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə keçdiyini nümayiş etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında söyləyib.
Səfərin əhəmiyyətindən bəhs edən Səid Xətibzadə bildirib: “İran və Azərbaycan arasındakı əlaqələr yalnız coğrafi yaxınlıqla məhdudlaşmır. İki xalqı birləşdirən dərin tarixi, mədəni və iqtisadi bağlar bu münasibətlərin təbii davamıdır. Bu səfər əvvəlki görüşlərin məntiqi davamı kimi qarşılıqlı etimada və siyasi iradəyə əsaslanan əməkdaşlığın daha da dərinləşdiyini ortaya qoydu. İran və Azərbaycan bölgənin bir-birinə ən yaxın və təbii tərəfdaş ölkələridir”.
S.Xətibzadə qeyd edib ki, son illərdə bəzi xarici və süni maneələr əlaqələrin inkişafına müəyyən çətinliklər yaratsa da hər iki ölkə bu əngəllərin aradan qaldırılması üçün qətiyyətli siyasi iradə nümayiş etdirir. “Tərəflər təbii münasibətlərin sürətli və davamlı şəkildə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmaqdadır”, - deyə o bildirib.
Nazir müavini, həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş hücuma da toxunaraq qeyd edib ki, bu hadisə hər iki xalq üçün ağrılı və təəssüf doğuran bir hadisə olub. Hadisə ilə bağlı İranın təhlükəsizlik və məhkəmə orqanları tərəfindən geniş və hərtərəfli araşdırmalar aparılıb. Hücumun təşkilatçısı Yasin Hüseinzadənin məhkəmə prosesi müəyyən texniki səbəblərdən gecikmiş olsa da, İran tərəfi ədalətin tam şəkildə təmin olunacağına dair əminlik ifadə edib. O, İranın hüquq sisteminin bütün məhkəmə prosedurlarını şəffaf və qanun çərçivəsində həyata keçirdiyini, Prezident Məsud Pezeşkianın bu məsələdə Azərbaycan xalqının və hökumətinin səbrini, anlayışını yüksək qiymətləndirdiyini vurğulayıb. S.Xətibzadə iki ölkənin bu hadisəni qarşılıqlı hörmət və diplomatik kanallar vasitəsilə ədalətli şəkildə həll edəcəyinə inandığını bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkianın səfəri İran-Azərbaycan əlaqələrinin dərin dostluq, strateji tərəfdaşlıq əsasları üzərində qurulduğunu bir daha təsdiqləyib və gələcək münasibətlər üçün etibarlı platforma yaradıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

