Növbəti uğur!
09.04.2025 [10:17]
Qərbi Azərbaycan İcması Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Milli Məclisə təşəkkür edib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində bir neçə gün öncə keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında vacib məsələlər müzakirə mövzusu olub. Belə ki, “Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Misir Nümayəndələr Palatasının sədri Hanafi Gebali, Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Gimire, Maldiv Xalq Məclisinin sədri Abdulrahem Abdulla və digərləri tədbirin mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər.
Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən Büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil-qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
Belə bir mötəbər beynəlxalq platformada Qərbi azərbaycanlıların doğma yurdlarına qayışına dəstək verilməsi ciddi diplomatik nailiyyətdir. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. İcma Daşkənd Bəyannaməsində belə bir müddəanın əks olunmasını Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur hesab edib. “Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir”,-deyə bəyanatda vurğulanıb. Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edib.
Ümumiyyətlə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması onların fundamental hüququdur. Bu məsələ dövlətimiz tərəfindən müxtəlif beynəlxalq platformalarda daim gündəmə gətirilir. Eləcə də, Qərbi Azərbaycan İcması mütəmadi olaraq bir sıra beynəlxalq təşkilatlara müraciətlər edir. Hətta bəzi müraciətlər BMT-nin sənədi kimi də yayılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əksini tapan məqamlardan biri məhz qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. İnsan Hüquqları Ümumi Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolu və digər sənədlərdə həmin hüquq öz əksini tapıb. Bütün bunların fonunda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qərbi azərbaycanlıların qayıdışına dəstək verməsi həm ədalət, həm də beynəlxalq hüquq baxımından doğru addımdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

