Ötən il “Azercell”in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb
04.04.2025 [16:14]
“Azercell”in Əlaqə Mərkəzi 2024-cü ildə telefon zəngləri, səsli virtual assistent, çat bot və onlayn çat kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə 4 milyondan çox müraciəti cavablandırıb
İl ərzində “Azercell”in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir zəngin orta gözləmə müddəti 35 saniyə, orta cavablama vaxtı isə 2.5 dəqiqə təşkil edib. Bu da qəbul edilmiş beynəlxalq standart ilə müqayisədə (6-7 dəqiqə) yüksək göstəricidir. Zənglər əsasən tariflər, internet paketləri, rəqəmsal xidmətlər, müştərək xidmətlərə dair məlumatlar, nömrə ilə bağlı əməliyyatlar, balans və cari kampaniyalar ilə əlaqədar olub.
Digər tərəfdən Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistent “Aicell”in müraciətləri həll etmə prosesləri də ötən il ərzində davamlı olaraq təkmilləşdirilib. Nəticədə 2024-cü ilin sonuna Telefon Mərkəzinə daxil olan müraciətlərin təxminən 17 faizi operatorlara yönləndirmədən süni zəka tərəfindən cavablandırıb. Bu da öz növbəsində daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub. Ötən il abunəçilərin “Aicell” ilə ünsiyyətə marağı daha da artaraq 78.5 faizə çatıb, botun istifadəçi istəklərini düzgün anlama səviyyəsi isə 96.6 faiz təşkil edib.
“Azercell”in rəqəmsal ünsiyyət kanalları da müştərilərlə effektiv əlaqə qurmaqda mühüm rol oynayıb. Çat mərkəzi ilboyu ümumilikdə 750 000-dən çox müraciəti cavablandırıb, bunlardan təxminən 103 000-i “Facebook” və “Instagram” üzərindən daxil olan şəxsi mesajlar təşkil edib. Fərdi müraciətlərlə yanaşı, “Facebook”, “Instagram”, “YouTube”, “LinkedIn” və “TikTok” sosial şəbəkələrində 380 000-ə yaxın müştəri şərhi də cavablandırılıb.
Ötən ilin dekabr ayında lider mobil operator telekommunikasiya bazarında daha bir ilkə imza ataraq müştəri sorğularını operativ və fasiləsiz cavablandırmaq üçün “AI Chat Bot” həllini də istifadəyə verib. “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən bu həll müştəri sorğularını 24/7 rejimində cavablandırır. Süni zəka assistentlərinin ümumi mövzularla bağlı daxil olan müraciətləri yerində cavablandırması Əlaqə Mərkəzinin təmsilçilərinə abunəçilərə daha fərdiləşmiş xidmət göstərməyə imkan verib.
2024-cü ildə “Azercell”in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb. Bu göstərici qəbul edilmiş beynəlxalq standard sayılan 85 faizdən 10 faiz yüksəkdir.
“Azercell”in təqdim etdiyi xidmətin keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Ötən ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq “Azercell” “ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb.
Qeyd edək ki, bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
7/24 abunəçilərin sorğularını qəbul edən “Azercell”-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
YAP xəbərləri
19 Sentyabr 22:58
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
YAP xəbərləri
18 Sentyabr 22:53
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23

