Bu gün Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir
12.03.2025 [18:37]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana növbəti səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəlməsinə səbəb olacaqdır.Bu gün Azərbaycan Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrə malikdir.Məhz ölkəmizim mövqelərinin güclənməsi fonunda Azərbaycanın dünya siyasət səhnəsində çəkisi və sözü xüsusi olaraq yüksək qiymətləndirilir. Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir.Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri bu gün ən yüksək şəkildə davam edir.
Azərbaycanla Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyun ayının 28-də qurulub və ilk növbədə, xanım Prezidentin bu səfəri əlaqələrin 30 illiyinə təsadüf etməsi baxımından əlamətdardır. Digər tərəfdən, respublikamız hər zaman inkişaf etməkdə olan kiçik dövlətlərə öz dəstəyini ən bariz şəkildə ifadə edib və bunu təkcə sözdə deyil, əməldə də göstərib. Ötən ilin noyabrında Bakıda keçirilən COP29-da Şimali Makedoniya lideri də iştirak edirdi və həmin mötəbər konfransda da ölkəmizin bu xeyirxah, humanist missiyası bir daha özünü bariz şəkildə göstərdi.Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər.Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür. Avropa da Azərbaycanla belə əlaqələrə böyük və dönməz maraq göstərir. Cənab İlham Əliyev bəynatında bildirdi ki, “Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.Azərbaycanla Avropa ölkələrini, o cümlədən də Şimali Makedoniyanı yaxınlaşdıran, ikitərəfli münasibətləri gücləndirən ən mühüm nüans əvvəldə də qeyd etdiyimiz kimi, respublikamızın təşəbbüsü ilə reallaşan iri enerji layihələridir. Bəli, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür.
Şimali Makedoniya Respublikasının prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri olduqca önəmlidir. Bu səfər ikitərəfli əlaqələrin inkişafında mühüm töhfə hesab edilir. Səfər çərçivəsində iki ölkə arasında aparılan müzakirələr, verilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59

