Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Samuxda təbliğat-təşviqat kampaniyasına start verilib

Samuxda təbliğat-təşviqat kampaniyasına start verilib

06.01.2025 [17:48]

6 yanvar  2025-ci il  tarixdə  Samux  rayonunda  29 yanvar  2025-ci il tarixdə  Azərbyacan Respublikasında  keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar  təbliğat-təşviqat kampaniyasına start verilib.  Yeni Azərbaycan Partiyası (YAP) digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirir.

Bu fəallıq Samuxda  da xüsusi olaraq seçilir. Belə ki, bələdiyyə seçkilərində iştirak üçün YAP Samux rayon təşkilatı Samux ərazisi üzrə bələdiyyələrin tərkibində mövcud olan ümumilikdə 88 yerə 88 nəfər partiya fəalının namizədliyini irəli sürüb və onların hər birinin namizədliyi qeydə alınıb.

Eyni zamanda,  Seçki Qərargahının üzvləri,  həmçinin partiyanın rayon təşkilatının fəalları rayonun seçki məntəqələrinin ərazisində qurulmuş təşviqat lövhələrinə YAP tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərin vahid formada hazırlanmış plakatlarını vurublar.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30