Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş prokuror Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

Baş prokuror Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

06.01.2025 [12:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il yanvarın 10-da saat 10:00-da Salyan Rayon Prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30