ABŞ-da qlobal təhlükəsizliyə atılan güllə...
16.07.2024 [10:00]
Ötən şənbə bütün dünya Amerika Birşəşmiş Ştatlarında (ABŞ) baş verən terror hadisəsi ilə silkələndi. Hadisə zamanı Pensinvaliyada tərəfdarları qarşısında çıxış edən prezidentliyə namizəd Donald Tramp güllələndi. Sabiq prezident sırf təsadüf nəticəsində ölümdən qurtula bildi. Çıxışı zamanı başını azacıq böyük ekrana tərəf əyməsi Trampın həyatını xilas edib - güllə onun sadəcə, qulağını sıyırıb. Bundan sonra mühafizəçilər dərhal Trampı səhnədən uzaqlaşdırıblar. Hadisə zamanı D.Tramp sırf təsadüf nəticəsində həyatda qalsa da, baş verən hadsə ciddi mülahizələrə yol açır.
Heç bir dövlət terrordan sığortalanmayıb
Pensilvaniyada baş verənlər hazırda qlobal təhlükəsizliklə bağı çağırışların nə qədər aktual olduğunu bir daha gündəmə gətirdi. Son vaxtlarda dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələr ondan xəbər verir ki, qlobal təhlükəsizlik arxitekturası mükəmməl deyil.
ABŞ-nin Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb. ABŞ özünü bir qayda olaraq dünyaya bütün parametrlər baxımından “etalon dövlət” kimi təqdim edir. Ancaq baş verən hadisə heç bir dövlətin - hətta o, ABŞ kimi supergüc olsa belə - terror hadisələrindən, təxribatlardan sığortalanmadığını bir daha təsdiqlədi. Qarşıdan gələn seçkilərlə bağlı keçirilən tədbirdə prezidentliyə namizədə atılan güllə çox doğru olaraq qlobal təhlükəsizliyə atılan güllə anlamında qəbul olunur. Bəli, sərt mübarizə tədbirləri görülməsinə rəğmən, terrorçular ayıq-sayıqdırlar və onlar hansısa dairələrdən aldıqları sifarişləri yerinə yetirməkdən ötrü hər zaman hər yerdə görünə bilərlər. Çox doğru deyiblər ki, terrorçuların milliyyəti və Vətəni olmur.
Azərbaycanın birmənalı mövqeyi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Dövlətimizin başçısının ABŞ-da baş verən qanlı hadisəyə dərhal münasibət bildirməsi və onu pisləməsi Azərbaycanın mükəmməl qlobal təhlükəsizlik arxitekturasının qurulmasına birmənalı qətiyyətli mövqe sərgilədiyini bir daha təsdiqləyir. Respublikamız qlobal təhlükəsizliyin təmin olunması ilə bağlı çağırışları həmişə dəstəkləyib və buna praktiki müstəvidə öz töhfələrini verib. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən ayrı-ayrı coğrafiyalarda aparılan sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. O cümlədən hərbiçilərimiz 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun sülhməramlı bölüyü 15 avqust 2003-cü il tarixindən 7 dekabr 2008-ci il tarixinədək 152 nəfərlik şəxsi heyətlə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət göstərib. Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq geri qayıdıb. Ölkəmizi təmsil edən sülhməramlı kontingentin Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasının tərkibində aktiv iştirakı hər kəsə yaxşı məlumdur. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. Respublikamızın beynəlxalq təhlükəsizliyə dəstəyinin davamı olaraq, Azərbaycan Ordusu 2019-cu ilin yanvar ayında BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi Sülhməramlı Missiyaya (UNMISS) qoşulub.
Bundan başqa, Azərbaycanın 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Cənubi Qafqazda yaratdığı yeni reallıqlar regional və bununla paralel olaraq qlobal təhlükəsizliyin təmin olunması üçün geniş perspektivlər açıb. Artıq dünya üçün çox vacib olan, qlobal nəqliyyat bağlantılarının mühüm məntəqələrindən biri sayılan coğrafiyanı təhlükəsizliyə təhdid risklərindən birdəfəlik azad etmək üçün fürsət pəncərələri açılıb və bundan istifadə olunmalıdır. Qalib Azərbaycan müharibə səhifəsini bağlamaq, gələcəyə baxmaq əzmindədir. Ölkəmiz davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün davamlı səylər göstərir.
Dünya selektiv yanaşmalardan xilas olmalıdır
Pensilvaniyada baş verənlər bir daha o həqiqəti gündəmə gətirdi ki, qlobal təhlükəsizliyə təhdid hallarına qarşı mübarizədə hansısa boşluqlara yol verilməməlidir. Dərk olunmalıdır ki, dünya bizim ümumi evimizdir, onu vahid mexanizmlərlə birlikdə qorumalıyıq. Təəssüf doğuran haldır ki, biz dünyada bir sıra hallarda oxşar məzmunlu problemlərə fərqli yanaşmaların şahidi oluruq. Bir sıra hallarda təcəvüzkarlar, qlobal təhlükəsizliyə təhdid yaradanlar anındaca sərt şəkildə cəzalandırılırlar. Digər hallarda isə belə qətiyyətli davranışlar sərgilənmir, terror hadisələrinə adekvat qiymət verilmir, təcəvüzkar ölkələrə qarşı hətta BMT səviyyəsində qəbul olunan sənədlərin icrası qayğısına qalınmır. Otuz il davam edən münaqişə dövründə təcəvüzkar Ermənistanın cəzalandırılmaması buna əyani sübutdur. Halbuki məhz bu ölkənin məsuliyyətsizliyi və təcəvüzkarlıq siyasəti ucbatından Cənubu Qafqaz regionunun təhlükəsizliyi ciddi şəkildə pozulmuşdu. Qlobal təhlükəsizliyə təhdid hallarına qarşı bəzən ikili standartlardan yanaşılması, selektiv qaydada tədbirlər görülməsi təhlükəli presedentlərə yol açır və yeni-yeni coğrafiyalarda qanlı olaylar baş verir.
Daha bir fakta diqqət çəkmək istərdik. Regionda qalıcı təhlükəsizlik mühiti yaratmaq əzmində olan qalib Azərbaycan təxminən üç onillik ərzində ərazilərimizdə separatizmlə məşğul olan, qanlı cinayətlərin törədilməsinə, sərvətlərimizin talanmasına, şəhər və kəndlərin minalanmasına bilavasitə rəhbərlik etmiş bir neçə terrorçunu həbsə almağa nail olub. Onlar hazırda istintaq altındadırlar və qanuni şəkildə cəzalarını alacaqlar. Ancaq nə deyirsiniz, bəzi Avropa ölkələri və təsisatları həmin cinayətkar şəxslərin azadlığa buraxılmalarına nail olmaqdan ötrü dəridən-qabıqdan çıxırlar, hətta şantaş, qarayaxma kampaniyalarına əl atırlar. Baş verən hadisə bir reallığı yenidən aktuallaşdırdı - terror himayə etməyə hətta çalışmaq belə terrorla eyni cərgədə dayanmağa bərabərdir. Bu mənada Avropa strukturlarının terrorçulara azadlıq tələbləri anlaşılan deyil - Azərbaycandan terrorçulara azadlıq istəyənlər ABŞ-da, Avropada və bütün dünyada təhlükəsizliyə yaranan təhdidləri görmürlərmi?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52

