Qazaxda şahmat turniri keçirilib
08.05.2024 [11:27]
01-07 may 2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax - Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirildi. 182 şahmatçının iştirak etdiyi turnirə may ayının 07-da yekun vuruldu və qaliblər mükafatlandırıldı.
Tədbirin əvvəlində iştirakçılar müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiridilər.
Tədbiri Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov açaraq tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verdi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs etdi.
Rayon təşkilatının sədri Azərbaycanda zəngin tarixə malik olan şahmat idman növünün ötən əsrin 70-ci illərindən üzü bəri inkişaf etdiyini, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ulu Öndər daim gənc şahmatçılara xüsusi diqqət yetirmiş, şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını vermiş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır. İndi həmin uşaqlar dünyanın sayılıb - seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılmasında, yeni - yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə qaldırılır, dövlət himnimiz səsləndirilir. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirdi.
Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan şahmatçılara diplomlar təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11

