BMT-siz, NATO-suz ABŞ: respublikaçıların yeni strategiyası
09.01.2024 [11:26]
Murad Köhnəqala
Xəbər verildiyi kimi, Azərbaycan da daxil olmaqla 2024-cü ildə dünyanın 64 ölkəsində prezident və parlament seçkiləri keçiriləcək. Prezident seçkilərinə hazırlaşan ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Vaxt daraldıqca Ağ Evə aparan yolda mübarizə gərginləşir. Son günlər prezident postu uğrunda yarışan populyar namizədlər arasında respublikaçı Vivek Ramasvaminin adı tez-tez hallanmaqdadır. 38 yaşlı hind əsilli Ramasvami biotexnologiya üzrə mütəxəssis, alim və milyonçudur.
Hazırda Ramasvaminin iddialı açıqlamaları Qərbdə, eləcə də Rusiya mediasında müzakirə mövzusuna çevrilib.
BMT-yə və NATO-ya əlvida?
Gənc namizədin seçki platformasında yer alan maraqlı bəndlərdən biri də onun prezident seçiləcəyi təqdirdə ABŞ-ın NATO üzvlüyündən xaric olunmasına çalışacağı ilə bağlı məqamdır. Ramasvamiyə qədər də prezidentliyə namizədlər arasında ABŞ-ın NATO-dan çıxmasının zəruriliyi barədə fikir səsləndirənlər olmuşdu. Lakin ABŞ mediasının təqdimatına görə, Ramasvaminin bu bəyanatı Birləşmiş Ştatların NATO ilə əlaqələri kəsməsi yönündə indiyədək səsləndirilən fikirlər arasında ən radikalıdır.
Qərbli ekspertlərin fikrincə, ABŞ-ın NATO üzvlüyündən çıxması ittifaqı kəskin şəkildə zəiflədəcək və alyansın Rusiyaya qarşı mübarizə qabiliyyətini sarsıdacaq. Bu addım eyni zamanda onilliklərin ən böyük transatlantik böhranına səbəb ola bilər. Avropanın, Şimali Amerikanın və hətta Asiyanın Birləşmiş Ştatların müdafiəsinə ehtiyac duyduğu bir zamanda Vaşinqtonun alyansı tərk etməsi onun bir müttəfiq kimi etibarsız və güvəncsiz olduğu inamını yarada, NATO üzvlərinin gələcəkdə Vaşinqtonla istənilən sahədə, o cümlədən hərbi-siyasi əməkdaşlıq əlaqələrinə də ciddi maneə törədə bilər.
Gənc respublikaçı namizəd Ramasvami isə sanki Birləşmiş Ştatları bütün beynəlxalq qurumlardan kənarlaşdırmağı qarşısına məqsəd qoyub. O, son çıxışlarında ABŞ-ın BMT üzvlüyündən də çıxmasına tərəfdar olduğunu bildirib.
Siyasətçi bildirib ki, Birləşmiş Ştatların həm BMT-dən, həm də NATO-dan “azadlığa çıxmasının” vaxtı artıq yetişib. Lakin burada bir məqam da nəzərə alınmalıdır: ABŞ Konqresinin bu yaxınlarda NATO-dan çıxmaqla bağlı prezidentin təkbaşına qərar vermə səlahiyyətini ləğv etməsi Ramasvami və onun kimi düşünən namizədlərin işini xeyli çətinləşdirəcək.
ABŞ-ın “çiynində gedən” NATO
Ramasvaminin seçki kampaniyasının rəhbəri Trisia Maklaflin isə siyasətçinin NATO-dan çıxmaqla bağlı mövqeyini şərh edərkən bu istiqamətdə konkret hansı addımlar atılacağı ilə bağlı detallı açıqlama verməkdən imtina edib. Namizədin sözçüsü müvəkkilinin NATO-ya qarşı sərt münasibətini belə izah edib: "Vivek NATO-dakı müttəfiqlərimizin əksəriyyətinin hərbi sərmayə ilə bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə ciddi narahatdır. Bu səbəbdən Ramasvami prezident seçiləcəyi təqdirdə ölkəmizin alyansa maddi-texniki dəstəyi məsələsinə yenidən baxacağı haqda danışıb. Bundan əlavə, müvəkkilim hesab edir ki, NATO-nun soyuq müharibədən sonrakı ekspansionist siyasəti Rusiya ilə müharibə riskini lazımsız yerə artırır".
Bir daha xatırladaq ki, ABŞ Konqresində hər iki partiyanın nümayəndələri Ağ Evin NATO-dakı rolunun zəifləməsinin qarşısını almaq üçün yeni addımlar atıblar. Dekabr ayında Konqres prezidenti ölkəni NATO üzvlüyündən çıxarmaq barədə təkbaşına qərar vermə hüququndan məhrum edib.
Trampın rəqibi, yoxsa davamçısı?
Bəs gənc və iddialı respublikaçı Vivek Ramasvaminin bu seçkilərdə qalib gəlmək şansı nə qədərdir? Yerli ekspertlərin fikrincə, çox güman, bu dəfə NATO-nun bəxti gətirəcək. Yəni, Vivek hazırda keçirilən sorğuların nəticələrinə görə, dördüncü yerdədir, üstəlik, Ayova və ya Nyu-Hempşir ştatlarında qalib gəlmək şansı yoxdur.
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Ramasvami NATO ilə münasibətlərə yenidən baxmaq istəyən yeganə respublikaçı namizəd deyil. Hazırda prezidentliyə namizədlərdən biri olan eks-prezident Donald Tramp da ABŞ-ın NATO-dan ayrılma ehtimalını dəfələrlə müzakirəyə çıxarıb. ABŞ-da düşünürlər ki, Tramp yenidən prezident seçilərsə, bu addımı gerçəkləşdirə bilər. Bu barədə fikirlər Trampın rəsmi saytında, onun siyasi platformasında da yer alıb: "Biz mənim rəhbərliyim altında başlatdığımız NATO-nun məqsəd və missiyasının əsaslı şəkildə yenidən qiymətləndirilməsi prosesini başa çatdırmalıyıq".
Bəzi ekspertlərə görə isə vahid namizədlik uğrunda yarışmanı uduzsa belə, Ramasvaminin qalib gələ biləsi respublikaçı prezidentin administrasiyasında təmsil olunması gözləniləndir. Xüsusən də Trampın yenidən seçiləcəyi təqdirdə bu versiya ağlabatan görünür. Çünki Ramasvami öz çıxışları ilə Trampın rəğbətini qazanır və onun qatı tərəfdarı Taker Karlsonla sıx əlaqələr qurmağa başlayıb. Ramasvaminin xarici siyasətlə bağlı mövqeyi, ən əsas da Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya lideri Vladimir Putinlə razılaşmalara getmək kimi düşüncə və planları Trampın mövqeyi ilə üst-üstə düşür. Bundan başqa Vivekin Çinlə iqtisadi əlaqələri kəsmək, hətta oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Təl-Əvivə ayrılan hərbi yardımları məhdudlaşdırmaq barədə çağırışları da respublikaçıların ümumi mövqeyi ilə ortaqdır.
Konkret desək, Ramasvami əsas diqqəti ölkənin daxili problemlərinə yönəltməyə üstünlük verən ənənəvi bir respublikaçıdır. Lakin bu, heç də respublikaçıların xarici təsirlərə, o cümlədən digər dövlətlərin Ağ Evin maraqlarına zidd hərəkətlərə yol verməsinə loyal münasibət göstərəcəyi anlamına gəlməməlidir. Bəzi məsələlərdə respublikaçılar nəinki sərt, hətta amansızdırlar. Məsələn, siyasətdən çox elmi fəaliyyəti ilə tanınan Ramasvami ölkəni başına götürən fentanil epidemiyasının qarşısını almaq üçün meksikalı narkotik kartellərinə hərbi zərbələrin endirilməsini təklif edir. O, Qərb yarımkürəsinə müdaxilə etməyi “xəyalından keçirən” ölkələrə böyük problemlə üzləşəcəkləri barədə xəbərdarlıq da edib.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40

