Kirmanda terror...
08.01.2024 [11:15]
Yeni mülahizələr səslənir
İranın Kirman şəhərində baş vermiş terror hadisəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Belə ki, İranın cənub-şərqindəki Kirman şəhərində bu yaxınlarda törədilmiş terror aktında iştirak edən bütün terrorçular həbs edilib. “Mehr” agentliyinin məlumatına görə, bu barədə şəhər prokuroru Mehdi Bəxşi bildirib. O, telekanalların birinə müsahibəsində qeyd edib ki, “Kirmandakı terror cinayəti işi ilə bağlı 32 nəfər həbs edilib və ilkin istintaq aparılır”. Bundan başqa, ədliyyə rəsmisi əlavə edib ki, “bütün Kirman vilayəti ərazisində daha güclü 16 bomba aşkar edilib.
Son məlumatlara görə, general Qasım Süleymaninin qətlə yetirilməsinin dördüncü ildönümü münasibətilə keçirilən mərasim zamanı törədilən partlayışlar nəticəsində 91 nəfər, o cümlədən 78 iranlı və 13 əfqan ölüb, 286 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Prokuror Bəxşi hücum zamanı istifadə edilən partlayıcı qurğuların zibil qutularına qoyulması və uzaqdan işə salınması ilə bağlı şayiələri rədd edərək, hər iki partlayışın terrorçu kamikadzelər tərəfindən törədildiyini deyib. Terrorçuların şəhidlərin dəfn olunduğu qəbiristanlığın içərisinə heç bir partlayıcı maddə yerləşdirə bilmədiyini vurğulayan prokuror əlavə edib ki, son aylar ərzində Kirman vilayətində intihar hücumları etməyə hazır olan 23-ə yaxın İŞİD üzvü həbs edilib. O, builki tədbirin qabaqlayıcı təhlükəsizlik tədbirləri ilə yadda qaldığını və daha çox təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini, eyni zamanda, termal kameralar və PUA-lardan geniş istifadə edildiyini bildirib.
Xatırladaq ki, İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürmüşdü. Terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiklərini açıqlamışdı.
Ümumiyyətlə, son dövrlərdə Yaxın Orta Şərqdə yenidən silah səslərinin intensivləşməsi, qarşıdurmaların artması terrorun da şiddətlənməsini şərtləndirib. Təsadüfi deyil ki, bölgədəki bəzi terror qruplarının yenidən fəallaşması müşahidə olunur. Buna qarşı mübarizədə isə bütün dövlətlər öz gücünü ortaya qoyur. Məsələn, bu mənada, Türkiyə öz səyləri ilə seçilir. Rəsmi Ankaranın həyata keçirdiyi antiterror tədbirləri bölgədə sabitliyin təmin olunması və təhdidin aradan qalxması üçün əsaslı baza formalaşdırıb.
İrana gəldikdə isə, bəzi siyasətçilər bu ölkənin daxilində baş verən terror hadisələrini fərqli məcralarda izah edir. Belə ki, ötən ilin payızında bu ölkədə baş verən silsilə etiraz aksiyalarının yenidən aktiv fazaya qədəm qoyma ehtimalı ortaya atılır - diqqət çəkən məqam odur ki, həmin aksiyalar zamanı Kirman vilayəti əsas etirazçı ərazilərdən biri kimi qeyd edilirdi. Qərbin siyasi institutlarının təhlillərinə nəzər salsaq, bu aksiyaların yeni metodlara əsaslanması ehtimalından bəhs olunur.
Digər məsələ isə, İranın Yaxın Şərqdə baş verən bəzi proseslərdə aktiv iştirakı ilə əsaslandırılır. Xüsusilə, Suriya, Livan və Qəzza bölgələrində, hətta husilərlə bağlı məlum situasiyada Tehranın apardığı siyasətin bəzi dairələri hərəkətə gətirdiyi bildirilir. Bəzi siyasi mütəxəssislər hətta bu partlayışları “Tehrana xəbərdarlıq” kimi də dəyərləndirirlər. Onların qənaətinə görə, qarşıdakı dövrdə daha fərqli vasitələrdən də istifadə olunacağı istisna edilmir.
Baş verənlərlə bağlı ortaya atılmış daha bir versiya isə İranın son dövrlərdə Şərq-Qərb tranziti ilə bağlı qlobal müzakirələrə aktiv qoşulması ilə bağlıdır. Belə ki, məhz bu kimi partlayışlarla diqqətin “Tehran xətti”ndən uzaqlaşdırılmasına nail olunması arzulanır - qlobal tranzitin İrandan keçməsinin “təhlükə” ilə bağlı görüntü yaradıldığı da bildirilir...
Ümumiyyətlə, terror birmənalı şəkildə qəbul olunmayan haldır və bütün dünyada bu anti-insani aksiyaya qarşı tədbirlər həyata keçirilir. Hər bir problemin sülh yolu ilə tənzimlənməsi yeganə çıxış yolu kimi qeyd edilir. Azərbaycan dövləti də hər zaman terrora qarşı olduğunu, bütün problemlərin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu nümayiş etdirib. Azərbaycan dövləti hər zaman terror hadisələrini qətiyyətlə pisləyir.
Mənsur
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

