“Vaqner” üsyanı...
25.07.2023 [11:21]
Priqojin nə istəyirdi, nə əldə etdi?
Məlum olduğu kimi, iyunun 23-də “Vaqner” Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə hücuma keçməkdə və onun qüvvələrinin “nəhəng” hissəsini öldürməkdə ittiham etdi. Qrupa daxil olan muzdluların dünyanın bir çox ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri bildirilir. Bu dəfə isə “Vaqner” üsyan edərək Rusiyada dövlət çevrilişinə cəhd göstərdi. Rusiya lideri Putin isə 25 minlik ordusu ilə Moskvaya doğru yürüş edən “Vaqner”i xəyanətdə günahlandırdı. Öz xalqına müraciət edən Rusiya lideri Vaqner rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət kimi qələmə verib.
Xatırladaq ki, Priqojin üsyanından sonra rusiyalı general Sergey Surovikin həbs edilib. Surovikdən başqa daha 13 yüksək rütbəli rus zabiti dindirilmək üçün saxlanılıb, 15 yüksək rütbəli zabit isə ordudakı vəzifələrindən qovulub. Onların hamısı Priqojin üsyanı başlayandan bir neçə saat sonra həbs olunub.
Qeyd edək ki, Priqojin Kremlə qarşı qiyamdan sonra əsgərləri ilə birlikdə Belarusa sürgün edilib. Eyni zamanda, onun xeyli miqdarda vəsaiti müsadirə edilib. Maraqlıdır, “Vaqner”in lideri üsyanın hansı sonluqla nəticələnəcəyini hesablamamışdı? O, üsyan qaldırmaqla nə istəyirdi və nə əldə etdi?
Hərbi ekspert Ədalət Verdiyevin “Yeni Azərbaycan”a açıqlamasına görə, Priqojinin nə istədiyi bəllidir. O, ilk növbədə biznesmendir və istədiyi də Rusiyadan daha çox miqdarda vəsait qoparmaq və yaxud da özünə daha çox dvidentlər qazanmaqdır: “Amma indiki vəziyyətində, görünür, onun müsadirə olunmuş milyardlarının artıqlaması ilə qaytarılması qarşılığında Priqojin hələlik özünə aid qüvvələrin bir hissəsinin - on minə yaxınının Belarus ərazisinə köçürülməsinə icazə verib. Ona fərq etmir ki, Belarus ərazisində yerləşsin yaxud da Rusiya və ya Afrikada. Priqojin muzdlu döyüşçüdür, kim pulunu verəcəksə, onun tərəfindən də döyüşəcək. Amma hazırda bir qədər zəifləmə var. O, 22 min döyüşçüsünü Baxmut ətrafında itirib. 40 minə yaxın da yaralısı olduğu deyilir. Bu qədər artıq itkilərdən sonra yerdə 15-20 min qüvvə qalır. Yəqin ki, hələ bir müddət yeni qüvvələr cəlb edəcək və növbəti sifarişlərini gözləyəcək. Kim pulunu verəcəksə, gedib o tərəfdən də savaşacaq. Amma Rusiyada onun hədəfləri təbii ki, kimsə üçün aydın olmadı. Priqojin nə istəyirdi və nə əldə etdi? Tək görünən odur ki, pul vəsaitlərini ona geri qaytardılar”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

