Qriqoryan Finlandiya və İsveçə niyə gedir?
13.12.2022 [10:34]
Bu, Skandinaviya ölkələrinin terrorizm sahəsində fəaliyyətləri ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır
Son vaxtlar məğlub Ermənistanın rəsmiləri İrəvanla müxtəlif Avropa ölkələri arasında yolu bir növ su yoluna döndəriblər. Baş nazir Nikol Paşinyan və onun tabeliyindəki məmurlar başlarını İrəvanda isladıb Parisdə, Vaşinqtonda və digər Qərb məkanlarında qırxdırırlar. Bu səfərlərin məqsədi bəllidir: Ermənistan rəsmiləri erməni lobbi təşkilatlarının hakimiyyət dairələrinə təsir rıçaqlarına malik olduqları ölkələrdə özlərinin revanşizm cəhdlərinə, sülhyaratma prosesində pozuculuq fəaliyyətlərinə dəstək axtarırlar.
Daha belə bir səfərə getmək missiyası Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana həvalə olunub. Onun Qərb turnesinə Finlandiya və İsveç də daxildir. Səfər barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Qriqoryanın səfəri dekabrın 12-16 tarixlərini əhatə edəcək. Bildirilir ki, bu müddət ərzində Təhlükəsizlik Şurasının katibi bir sıra işgüzar görüşlər keçirəcək.
Ancaq bunlar məlumatların yalnız ictimaiyyətə açıq olan rəsmi hissəsidir. Alt qatda isə səfərin tamam fərqli məqsədlərlə edildiyi istisna olunmur. Necə deyərlər, faktların astar üzü də var. Armen Qriqoryanın Finlandiya və İsveçə səfəri ilə bağlı məlumatın KİV-ə xəsisliklə ötürülməsi heç bir halda təsadüfi sayıla bilməz. Gündəliyin sirr kimi gizli saxlanılması bir sıra qaranlıq mətləblərdən xəbər verir. Səfərin pərdəarxası məqamları ilə bağlı sızdırılan məlumatlarda diqqət Finlandiya və İsveçin qardaş Türkiyəyə qarşı ayrı-ayrı terror təşkilatlarına dəstək verən ölkələr olduğuna diqqət çəkilir. Bunlar yeni mövzu deyil. Hər iki ölkənin Türkiyəyə qarşı terrorçuluq fəaliyyətində yer almaları növbəti dəfə Rusiya-Ukrayna müharibəsi fonunda gündəmə gəldi. Bir qədər də dəqiqləşdirək. Məlum olduğu kimi, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə Türkiyədən qəti etirazlar edildi. Qardaş ölkə müxtəlif terror təşkilatlarının Türkiyəyə qarşı apardıqları mənfur fəaliyyətlərinə Finlandiya və İsveçin dəstək verdiklərinə dair təkzibolunmaz dəlil-sübutlar əldə etdiyini bildirdi. Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində 10 şərt irəli sürdü. Hər iki ölkədən rəsmi Ankaraya Kürdüstan Fəhlə Partiyasına (PKK) və FETÖ-ya, onların törəmələrinə qarşı mübarizədə dəstək vermələri istənildi. Terror təşkilatlarının tərəfdarı olan İsveç və Finlandiyadan terrorizmlə mübarizə üçün lazımi hüquqi normalar və hüquqi infrastruktur yaratmalı istənildi. Digər bir şərt Türkiyədə terrorçu kimi tanınan təşkilatların üzvlərinin saxlanılması ilə bağlı idi. Ankara Stokholm və Helsinkidə PKK-nın ofislərini açmaq cəhdlərini dayandırmağı, həmçinin
FETÖ-nün fəaliyyətini qadağan etməyi (onların internet saytlarının bağlanması da daxil olmaqla) tələb edib. Bundan əlavə, hər iki ölkədə terror təşkilatları ilə bağlı bank hesablarının dondurulması, terrorla əlaqəli birliklərin bağlanması, Türkiyədə qadağan olunmuş ekstremist təşkilatlara üzv olduqları iddia edilən şəxslərin deportasiyası və ekstradisiyası da qardaş ölkənin tələbləri sırasında idi. Həmçinin Türkiyə bu dövlətlərdən kəşfiyyat məlumatlarını paylaşmağı və ölkənin müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı şərt kimi irəli sürmüşdü.
Hər iki Skandinaviya ölkəsi Türkiyənin şərtlərini qəbul etdiklərini rəsmi şəkildə bildirdilər. Cari il iyunun 28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında aparılan danışıqlardan sonra üçtərəfli Memorandum imzalandı. Memoranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinav ölkələri PKK və onun qalıqları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşıb. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapıb. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürüb. Memoranduma əsasən bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması da üçtərəfli razılaşmada öz əksini tapıb.
Düzdür, aradan bir neçə ay ötməsinə baxmayaraq, Finlandiya və İsveç hələ də Memorandumla üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyiblər. Hər iki ölkədə terrorizmə qarşı fəaliyyətlərin təşkilində Türkiyəni razı salmayan məqamlar var. Bu, başqa bir söhbətin mövzusudur. Əsas odur ki, hər iki Skandinaviya ölkəsinin beynəlxalq terrorizm şəbəkəsi ilə əməkdaşlığı təsdiqlənib və rəsmən etiraf olunub. Armen Qriqoryanın Qərbə növbəti səfərinin marşrutuna qeyd olunan ölkələrin daxil edilməsi də məhz bu nöqteyi-nəzərdən dəyərləndirilir. İstisna deyil ki, Ermənistan rəsmisi keçirəcəyi görüşlərdə həm də bu ölkələrin xüsusilə də Türkiyəyə qarşı terrorizm fəaliyyətləri ilə bağlı yeni məlumatlar əldə etməyə çalışacaq. Ermənistanın da belə fəaliyyətlərdə maraqlı olduğu hər kəsə bəllidir. Belə çıxır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin Finlandiya və İsveçə bəhs olunan səfərə getməkdə əsas məqsədi bu ölkələrin terrorizm sahəsində fəaliyyətləri ilə bağlı təcrübə mübadiləsi aparmaqdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20

